Bu əsəri oxusanız HƏYATINIZ DƏYİŞƏ BİLƏR

Mədəniyyət 13:01 21.04.2023

Heminquey deyirdi, yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib. Doğurdan da yaxşı kitablar üçün zaman anlayışı yoxdur. Bu kitablar insan üçün min illər keçsə də dəyərlidir. Bu günlərdə mən də elə dediyim kitablardan birini yaddaş arxivimə köçürdüm. Söhbət Herman Hessenin "Siddharta” əsərindən gedir.

Hesse missioner ailəsində doğulmuşdu. Atası onu başqa dinlərə, başqa peşələrə yönəltmək istəyirdi. Hesse isə buna qarşı çıxmışdı. Ailəsinin istədiyi bir adam olmamış, öz düşüncələri ilə yaşamağı seçmişdi. Hindistana, buddizmə böyük marağı vardı. Bu maraq onu Hindistana aparmış, orda şərq fəlsəfəsini öyrənməyə vadar etmişdir.

Birinci Dünya Müharibəsinin xarabalıqları arasından, insana və həyata dair ümidi yenidən cücərtməyə çalışan insanların axtarışlarından doğan bir əsər deyə bilərik "Siddharta” üçün. Yazıçı əsəri 1922-ci ildə tamamlamışdı. Çünki Hesse də o illərdə oxşar axtarışlar içində idi.

Yaşamağı öyrədən əsər...

Bəşəri duyğularla süslənmiş əsər...

Buddizimi bədii ədəbiyyata, sənətə çevirən əsər...

Əsərin qəhrəmanı Siddharta yeniyetməlik çağında həyatın mənasını, anlamını sorğulayar, həyatın sirlərinə bələd olmaq üçün dostu Qovindayla evi tərk edir və yollara düşür. Bir müddət ac qalır, əzab çəkir, mənini öldürmək üçün ruhunu, bədənini yoxsullaşdırır. Samanlara qoşulur, onlar kimi yaşayır. Ancaq hələ də yolun sonuna çatmayıb. Hansı yolu seçsə, ilk başda doğru yolu tapdığını düşünür. Lakin sən demə, bu yol onun içindəki yolla birləşmir. Onun axtardığı yol başqadır...

Əsərdən bir parça:

"İnsanların çoxusu yarpaq kimidirlər: onlar havada gəzişir, fırlanır, sonda isə yerə düşürlər. Digərləri isə - çox azı - ulduz kimidirlər: onlar müəyyən yolla hərəkət edirlər, heç bir külək onları yolundan döndürə bilməz.”

Səfərləri sırasında Qovindayla birgə Buddaya rast gələrlər. Siddharta Buddanın yanında qala bilməsə də dostu Qovinda Buddanın şagirdlərinə qoşulur. Siddhartha isə axtarışlarına davam edir. Zəngin Kamala adlı qadınla tanış olur, onu sevir, onunla sevişir. Daha sonra varlı bir tacirə qoşulub, özü də varlanır.

Sidharta artıq öz məninə məğlub olmuşdu. Bütün günahları edir, günləri yeyib-içməklə keçir, məclislər, qadınlar, qızıllar, mülklər onu daha da tənhalaşdırır. İllər keçdikdən sonra peşmançılıq, məyusluq hissləri yaxasından yapışır. Hər şeyini atır, yenidən təbiətə qayıdır. Bundan sonra Sidhatrada yeni həyat, yeni yol başlayır. Hesse bu yerdə bizə bunları xatırladır: "Kənardan yox, məhz içdən gələn səsə itaət ali xoşbəxtlikdir.” Sidharta da içindən gələn səsə, ürəyinin səsinə qulaq asır və o səs onu həqiqətə doğru aparır.

Qəhrəmanımız, sadə insanlardan fərqli olduğunun fərqindədir. O insanlara "uşaq insanlar” deyir. Amma gün gəlir, uşaq insanlardan heç bir fərqi olmadığını, heç kimin bir başqasından fərqli olmadığını görür. Həyatın mükəmməliyi bu birlik halındadır. Qəhrəman bunun fərqinə varır.

Qocalıq dönəmində axtardıqlarına qovuşmuş kimidir. Bir çox insan kimi həyatının irəli dönəmlərində təbiətlə görüşür, bir axar çayla dost olur, onunla söhbətləşir, dostunun məsləhətlərini dinləyir.

Məncə, əsərin ən gözəl hissələri məhz bu detallardadadır. Çünki dinləməyi bacardığımızda bütün cavabları təbiətdə tapa biləcəyimizə inanıram. Təbiət həqiqətən də danışır, həm də insanlardan daha önyarğısız, daha içdən və daha olduğu kimi danışır:

"Sən də çaydan öyrəndinmi o sirri, zaman deyə bir şey olmadığını?”

Sidharta demək istəyir ki, çay eyni zamanda hər yerdədir, qaynadığı yerdə, axdığı yerdə, çağlayanda, qayıqda, dənizdə, dağda, eyni zamanda hər yerdə və onun üçün təkcə indiki zaman var, keçmişin kölgəsi deyə bir şey bilməz çay, gələcəyin kölgəsi deyə bir şey də bilməz.

"O, çayın səsinin fərqinə vardı və ona qulaq asmağa başladı. Bu səs onun müəllimi və bələdçisinə çevrildi, çayın özü onun üçün ilahi bir şey idi. İllər boyunca o, heç düşünmədi ki, hər bir külək, hər bir bulud, hər bir quş, hər bir böcək də həmin dərəcədə ilahidir və ən azı çayın öyrətdiyi qədər öyrədə bilər. Lakin o vaxta qədər, o müqəddəs meşəyə yola düşəndə, kitablarsız, müəllimlərsiz məndən də, səndən də çox bilirdi. Çünki çaya inanırdı.”

Həyat hər dönəmində Sidhartanın içində bir yara açmağı, o yaranı sızlatmağı bilir. Qocalıq dövründə axtardığı həyata, nirvanaya qovuşduğunu düşünərkən, ürəyi başqa acılarla qarşılaşır. İnsanı insan edən elə o əzablar, ağrılar deyilmi?! İnsan əzab çəkmədən hüzura, sevgiyə yol tapa bilərmi?

Əsl olan nəticə yox, zamandır, o zamanda yaşadıqlarımızdır və hamısı dəyərlidir, acı da, sevinc də, həyat da, ölüm də, həqiqət də, yalan da, eşq də, nifrət də. Sidharta həyatı boyu bunları təcrübə edir.

Siddharta əsəri haqda nə qədər yazsaq da, danışsaq da ifadə edilməyəcək böyüklüyündə əsərdi. Çünki həyatımızın hansı dövründə olursa olsun bu əsər üfiqlərimizi genişləndirəcək qədər müdhiş duyğuları özündə birləşdirir.

Əsər özünün sadəliyi, axıcılığı ilə insana hüzur verir, ona həyat haqda olduqca zəngin fikirlər qazandırır.

Oğuz Ayvaz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

" İsrail Qəzzada diplomatiyaya razıdır, güc tətbiqinə isə hazırdır"
23:53 10.07.2025
Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Hamısı