İnsanı əhilləşdirmək istəyən itbaz necə qatilə çevrildi? - Oğuz Ayvaz yazır...

Mədəniyyət 15:00 09.01.2024

Ədəbiyyat mənim həyata baxışımı dəyişdi. Daniel Defonun “Robinzon Kruzo” əsəri mənim kitablarla tanış olduğum ilk romandır. Dünya ədəbiyyatını, əsərlərini oxuduqca düşünürdüm ki, mən də kimlərinsə həyatını dəyişə, içində nifrət toxumunu böyüdən insanları kitabla sağaltmaq istəyirdim. Bunun hədər yerə getdiyini görəndə isə yanıldığımı dərk elədim. 

İtaliyalı rejissor Matteo Qarronenin “Dogman” filmi yuxarıda yazdıqlarıma birə-bir örnəkdir. 2018-ci ildə Kann Film Festivalında ilk dəfə nümayiş olunma şansı qazanan filmdə hadisələr mafiyaları, oğruları və dilənçiləri ilə məşhur olan Neapolda cərəyan edir. Baş obraz Marsello sakit təbiətli, mülayim, fağırdır. Onun işi itlərə qulluq etməkdir. Ən vəhşi iti belə yola gətirə, əhilləşdirərək çimizdirə, təmizliyinə xidmət edə bilir. Ətrafındakı insanlar tərəfindən də sevilən Marsello kiçik çapda narkotik də satır. Onun uşaqlıq dostu Simone isə filmin ikinci əsas obrazıdır. O isə Marsellodan fərqli olaraq narkotik aludəçisi, zalım, xuliqan, sərgərdan biridir. Həbsdən çıxıb məhəlləyə gəlir və hər kəsi canından bezdirir. Partlaya biləcək mina kimidir. Marsellonun dükanın ətrafında çalışan kiçik sahibkarlar da Simonedən zara gəliblər. Qərara gəlirlər ki, onu pul müqabilində bir killerə öldürdək. İçlərində bir nəfər razı olmur, deyir ki, zatən günün birində Simoneni kimsə öldürəcək. 

Simone öz kirli dünyasına Marsellonu da cəlb edir. Bir dəfə oğurluq etməyə gedirlər, Marsello maşında onu gözləyir. Simone işini görüb gəlir və deyir ki, ev sahibinin itini soyuducuya qoyub. Marsello Simoneni yola salandan sonra o evə geri qayıdır və itin həyatını xilas edir. Günün birində isə Simone Marsellonun dükanından divarı deşərək qonşu dükanın qızıllarını, pullarını oğurlayır. Marsello bunu bilsə də dostunu polisə satmır və özü həbs edilir. Bununla da Marsellonun məhəllədə hörməti yerlə-bir olur. Həbsdən çıxandan sonra onun yanına heç kim gəlmir. Zərərçəkmiş dükan sahibi onun burdan getməyini tələb edir, ona hücum edir. Marsellonun boşandığı arvadı və bir qızı var. Ara-bir qızı ilə görüşür, onunla gəzir. Marsellonun həyatında onu qarşılıqsız sevən yeganə canlı qızıdır. Həbs onun həyata baxışını dəyişib. Qərara gəlir ki, Simonedən intiqamını alsın. Onu aldadaraq dükanına gətirir və itlərin qəfəsində salır. Sonda onu boğarar öldürür. Ölüm anı itlərin baxışları ilə müşahidə edilir. Rejissor filmin əsas mesajını da elə bu səhnədə verir: Heyvanları əhilləşdirmək olar, insanları isə əsla. Matteo Qarrone yaxşı və pisin münasibətini bizə göstərir, həyatda aldığımız bəzi qərarlarda azadlığımızı qoruya bilməməyimizi, həyatın və ağır şərtlərin girdabına qapılıb istəyimiz xaricində bir qərar ala biləcəyimizi söyləyir. 

Rejissor Kanndakı mətbuat konfransında filmdə vermək istədiyi mesajı belə şərh edib: “Mənim filmim qisas hekayəsi və ya yaxşı ilə şərin mübarizəsi deyil. Gündəlik həyatımızda sağ qalmaq üçün etməli olduğumuz seçimlərdən danışmaq istədim. Marsellonun pis taleyi onun məsumluğunu itirməsinə səbəb olur. Mənim əxlaq dərsi verməyə iddiam yoxdur”.

Bəli, insanları əhilləşdirmək, onların dünyaya baxışlarını dəyişmək cəhdi yersiz və tutarsızdır. Düzdü, bəhs etdiyim filmdə Marsello kimisə dəyişdirmək istəmirdi, onun işi itlərlə idi, amma ən vəhşi canlı insandır. İnsanı dəyişdirmək yalnız ona olan xüsusdur. 

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı