Evlənməkdən qorxan Elçin Həmidov haqqında Maraqlı faktlar

Mədəniyyət 14:00 04.03.2024

Bu gün Əməkdar artist, aktyor Elçin Həmidovun anım günüdür. Ednews mərhum aktyor haqqında maraqlı faktları təqdim edir.

- Uşaqlığı çox ağır keçib. Əvvəlcə atasını, sonra anasını itirib. Əmisi Elçini və bacı-qardaşlarını himayəsinə götürüb.

Əmisinin evində Elçini daha ağır günlər gözləyirmiş. Az yemək verir, çoxlu işlədirlərmiş. Eyni zamanda onu səbəbli-səbəbsiz döyürlərmiş. Hətta bir dəfə əmisi Elçini döyəndə elə hala düşür ki, məcbur qalıb təcili yardım çağırırlar. Qohumlar Elçini hədələyiblər: onu kimin döydüyünü heç kimə deməsin! Elçin Həmidov öz müsahibələrinin birində həmin günləri xatırlayıb deyir ki, aclıqdan taqəti qalmırmış, yemək az yediyi üçün vitaminsizlikdən kirpikləri tökülürmüş.

- Ata-anasının ölümündən sonra hələ tam özünə gələ bilməyən Elçin yeniyetməlik yaşında əvvəlcə bir qardaşını, daha sonra bacısını və bir qardaşını da itirib.

- O, kuryer, daha sonra isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işıqçı, fəhlə işlərində çalışıb.

- Hacıbaba Bağırovla yaxın dost olub. Hacıbaba ondakı istedada arxayın olaraq, öz rollarını belə ifa etmək üçün Elçinə həvalə edib. Bu təklifi eşidən aktyor elə bilib ki, Hacıbaba Bağırov onunla zarafat edir. Hacıbaba Bağırov dünyasını dəyişəndə onun qızı hələ balaca olur. Elçin Həmidov gecələr Hacıbaba Bağırovun evinə zəng vuraraq onun azyaşlı qızına telefonla nağıllar danışarmış.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

- Əsl bariton və soprano səsə malik olub. Tamaşalardakı çox musiqiləri özü ifa edib. Bir müddət sonra Elçin“Bakılı oğlanlar” komandasındakı parodiyaları ilə yaddaşlarda qalıb. O, Flora Kərimovanı, İlhamə Quliyevanı, Gülşən Qurbanovanı yüksək səviyyədə parodiya etməyi bacarırdı.

- Şəkər və təzyiqdən əziyyət çəkir, məşqlərdə rolun sözlərini unudub aktyor heyətindən, rejissordan üzr istəyirmiş.

- Elçin Həmidov heç vaxt ailə qurmayıb. Buna səbəb isə onun ölüm qorxusu olub. Həmişə deyirmiş ki, ciddi bir qadınla ailə qurmaq istəyirəm, amma qorxuram. Ölüb gedəcəm, o qadın yazıq tənha qalacaq. Aktyorun səhnədəki son rolu da Qoqolun “Evlənmə” tamaşasından olub.

- Həmişə dostlarına deyirmiş ki, mən əlli yaşımı keçməyəcəm.

“Bizimkilər hamısı əlli yaşına qədər ölüb. Əlli yaşı keçsəm də, az sonra mənim ölümüm bağlı qapı arxasında olacaq və bundan sizin heç birinizin xəbəri olmayacaq. Gəlib qapımı döyəcəksiniz, açmayacam. Sındırıb içəri girəndə görəcəksiniz ki, ölüb ortalıqda qalmışam”.

- Elçin Həmidovun dediyi kimi də olur. Ölümündən iki gün əvvəl dostları ilə telefonla danışır, onlara evdə tək qalmaqdan qorxduğunu, ürpəndiyini deyir. Martın beşində isə tamaşaya gəlmir. Təşviş keçirən adamlar onun evinə yollanırlar. Aktyor qapı və telefon zənglərinə cavab vermir. Qapını sındırmağa məcbur olurlar. Aktyoru evində ölü vəziyyət tapırlar. Məlum olur ki, irsi ürək xəstəliyindən əziyyət çəkən aktyor duş qəbul edəndə halı pisləşib, hamamdan çıxıb divardan tuta-tuta otağa keçmək istəyəndə əli boşluqda qalıb və yerə yıxılıb.

Oğuz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

" İsrail Qəzzada diplomatiyaya razıdır, güc tətbiqinə isə hazırdır"
23:53 10.07.2025
Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Hamısı