"Təbrizdə keçirilən festivallar və “Kolah Farhangi” imarətində istehsal olunan məzmunlar ciddi siqnal verir. Ya bu proseslərə uyğun siyasi və mədəni addımlar atılmalı, ya da siyasət səhnəsi tərk edilməlidir".
EDnews xəbər verir ki, bunu siyasi aktivist Həsən Sahibdivan sosial şəbəkədə bildirib.
Onun fikrincə, strategiya dəyişməzsə, Milli Hərəkatın inkişafı dayanacaq və fəaliyyət formal xarakter alacaq. Belə ki, fəallar real problemlərə cavab vermək əvəzinə eyni mövzular ətrafında dövr edəcəklər.
Sahibdivan vurğulayır ki, Cənubi Azərbaycan qadınları ölkənin tarixini yazmaq və yenidən formalaşdırmaq gücünə malikdir və bu potensiala layiqli qiymət verilməlidir.



.jpg)



