Cari il sentyabrın 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 76,4 faizi istiqrazlar və pul bazarı alətləri, 14 faizi səhmlər, 5,3 faizi daşınmaz əmlak və 4,3 faizi isə qızıl təşkil edib.
Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Neft Fondunun 2018-ci ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında deyilir.