Mübarək ay başladı, marketlər Ramazan endirimi edəcəkmi?

İqtisadiyyat 11:22 06.05.2019

Əməkdaşımız paytaxtın dükan - bazarlarında qiymətlərlə maraqlanıb

Bu gündən etibarən müsəlman dünyasında, o cümlədən Azərbaycanda mübarək Ramazan ayı başlayır. Bununla əlaqədar, bir çox ölkələrdə marketlərdə imsak və iftar süfrəsində ən çox istifadə olunan ərzaq məhsullarına yüksək endirimlər edilib.

Məsələn, Qətərin İqtisadiyyat və Sənaye Nazirliyi Ramazan ayı münasibətilə 500-dən çox məhsulun qiymətində endirim edib. Endirim olunan məhsulların siyahısı iri ticarət mərkəzlərinə təqdim olunub. “Bu təşəbbüs əsas supermarketlərlə razılıq əsasında Ramazan ayının sonuna qədər davam etdirilir”, - nazirliyin məlumatında bildirilib. Bu ildən qiymətində endirim olunan məhsullar sırasına un, şəkər, düyü, makaron, süd və eləcə də qeyri-istehlak malları da əlavə edilib. Nazirlik alıcılara müraciətində bildirib ki, qiymətlərlə bağlı supermarketlərdə hər hansı narazılıq olarsa, dərhal məlumat versinlər.

Qardaş Türkiyə telekanalları da günlərdir Ramazan bayramında marketlərdə ərzaq məhsullarının qiymətinə endirim ediləcəyilə bağlı reklamlar, reportajlar yayımlayırlar. Türkiyənin “A 101", ”Migros" və sair kimi marketlərində qiymətlərə endirim edilməklə yanaşı, sərfəli qiymətə “Ramazan paketləri” də müştərilərə təklif olunur ki, bunun içinə də gündəlik ərzaq məhsulları, o cümlədən xurma, düyü və sair kimi Ramazanda çox istifadə olunan məhsullar daxildir.

Bəs görəsən Azərbaycanda hansı iri marketlər Ramazan ayının gəlişi ilə bağlı kampaniyalar edir, endirimlər təklif edirlər?

“Yeni Müsavat” paytaxtda yerləşən “Araz” və “Rahat” supermarketlərinə baş çəkib vəziyyəti öyrənib.

Qeyd edək ki, “Araz market”də Ramazan ayının gəlişi xüsusi qeyd edilir və  marketin giriş qapısından tutmuş piştaxtalara kimi bu mübarək ayın daxil olmasını əks etdirən lövhələr, plakatlar asılıb. Həmçinin 3-16 may tarixlərində keçirilən “Xoş gəldin Ramazan” xüsusi endirim kampaniyası çərçivəsində ciddi ucuzlaşma müşahidə olunur. İftar süfrələrinin əsas elementi olan İran xurmasının 500 qramlıq qutusu 2.75 manata təklif olunur, 1 litrlik qazsız su isə 37 qəpiyə satılır. Ehsan süfrələrində təqdim edilən qoğalın 1 ədədi isə 45 qəpiyə düşüb. İmsakın vazkeçilməzi qara zeytun 10.99 manatdan 8.99 manata düşüb. Tunis xurması 5.99 manata, 250 qramlıq “Azərçay” qutusu 4.20 manatdan 3.29 manata endirilib. Ramazanda ən gözəl yeməklərdən biri də aş sayıldığından, marketlər plova aid ərzaqlara da endirim ediblər. Belə ki, 1 kiloqramlıq “Mohobbat” düyüsü 3.89 manatdan 3.49 manata düşüb. 2 litrlik “Final” günəbaxan yağı 5.04 manatdan 3.99 manata, dana ətinin kiloqramı 12.49 manata, quzu ətinin kiloqramı isə 12.99 manata endirilib. Ərik qurusu 5.80 manat, sarı kişmiş 6.40 manat, qoz ləpəsi 12.50 manatdır. Ət məhsullarından “Osobaya” sosisi 45 faiz ucuzlaşaraq 4.89 manata, südlü sosislər 9.59 manatdan 8.65 manata, “Labne” 3.10 manatdan 2.59 manatdan, Naxçıvan pendirinin kiloqramı 5.65 manatdan 4.99 manata qədər ucuzlaşdırılıb. Ramazan kampaniyası çərçivəsində “Baranovka”  kərə yağı 12.59 manata, “Kalinka” yağı 4.79 manata enib. Qırmızı mərcinin kiloqramı 1.19 manata, Tac makaronu 99 qəpikdən 79 qəpiyə qədər ucuzlaşıb.

Müxtəlif növ şirniyyatların , konfetlərin qiymətində də 15-25 faiz civarında  endirim var. Bənzər endirim təmizlik və .şəxsi gigiyena üçün istifadə olunan əşyaların qiymətində də müşahidə olunur. Satıcıların sözlərinə görə, endirim kampaniyası may ayının 16-dək davam edəcək.

“Rahat” supermarketlər şəbəkəsində Ramazan kampaniyası çərçivəsində də bir çox məhsullarda ciddi endirimlər var. Belə ki, 1 kiloqram dana farsı 8.39 manat, 1 litr “Kubanskaya Dolina” qarğıdalı yağı 2.67 manat, “Çariçino Musulmanskaya” kolbasasının kiloqramı 6,27 manata, 200 qramlıq Uzun Ömür İvanovka kəsmiyi 77 qəpiyə, PalSüd-ün 1 litri yağlılıq dərəcəsinə uyğun olaraq 1.37- 157 manata endirilib. İmsak süfrəsində ən çox istifadə olunan ağartı məhsullarına endirim edilib. “Mpro” firmasının 450 qramlıq qatığı 1.13 manat, eyni firmanın çanaq pendirinin 1 kiloqramı 6,37 manat, şorun kiloqramı 2.99, Belarusiyanın “Savuşkin” kərə yağının kiloqramı 10 manatadır. Çay, qənd, un, qatılaşdırılmış süd, şirniyyat, peçenye və vaflilərə, sərinləşdirici içki və kompotlara,  yuyucu tozlara, təmizlik vasitələrinə, sabunlara və sairə də endirimlər edilib ki, alıcılar bundan faydalanır.

Endirim kampaniyası səbəbindən alıcıların sayı da artıb, insanlar kampaniya müddətindən yararlanmağa çalışırlar.  “Rahat” marketdə endirimlər 3-10 may tarixlərində davam edəcək.

Bununla yanaşı “SPAR”, “Favorit” və “Oba” marketlər şəbəkələrində də Ramazan endirimləri başlayıb, qeyd olunan məhsullarda ciddi qiymət fərqi var. “Favorit” marketdə kampaniya 3-16 may tarixlərində, “Oba” supermarketlərində 3-13 may tarixlərində  keçiriləcək.

Nərgiz LİFTİYEVA,
"Yeni Müsavat"
Fotolar müəllifindir.

 
 
 
 
 
 
 
 
 
 
 

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı