Nazir neftin qiymətinin aşağı düşməsinin dövlət büdcəsinə təsirindən danışdı

İqtisadiyyat 12:56 13.03.2020

Azərbaycan dövlət büdcəsinin strukturu elədir ki, neft qiymətlərinin enməsi bilavasitə cari ilin büdcəsinə o qədər də təsir göstərmir.

"EDNews"un məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov AzTv-nin "Hədəf" verilişində dünya bazarında neft qiymətlərinin düşməsinin Azərbaycana təsirləri haqqında danışarkən deyib.

Nazirin sözlərinə görə, bu onunla bağlıdır ki, dövlət büdcəsində neft sahəsindən gəlirlər əsasən iki istiqamət üzrə formalaşır:

“Bunların biri hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlər tərəfindən ödənilən vergilərdir. Digəri isə Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilərdir.

Dövlət Neft Şirkətinin əldə etdiyi gəlirlər və müvafiq olaraq ödədiyi vergilər əsasən daxili bazarda şirkət tərəfindən satılan məhsullar hesabına formalaşır. Daxili bazarda da qiymətlər sabitdir və tam əminik ki, Dövlət Neft Şirkəti proqnozlaşdırılan gəlirləri əldə edəcək və müvafiq olaraq üzərinə düşən vergi öhdəliklərini yerinə yetirəcək.

Dövlət Neft Şirkəti üzrə yeganə məsələ odur ki, xaricdə xam neftin və bəzi neft məhsullarının satışı üzrə gəlirlərin bir qədər azalması gözlənilir”.

S.Şərifov qeyd edib ki, gəlirlər daha çox hasilatın pay bölgüsü çərçivəsində fəaliyyət göstərən şirkətlərdə azalacaq:

“Biz bunu daha çox görürük, lakin qeyd etmək istərdim ki, burada da müəyyən bir struktur var, yəni vergi öhdəliklərinin yerinə yetirilməsi strukturu. Bu da ondan ibarətdir ki, ötən ilin son rübünün öhdəlikləri cari ilin birinci rübündə ödənilir və artıq bu ödənişlər edilib. Bu ödənişlər də illik proqnozun 40 faizini təşkil edir. Beləliklə bizim hesablamalarla hətta bu gün bazarda olan 30-35 ABŞ dolları arası qiymətləri götürsək, həmin neftin gəlirlərimizə, yəni həm Dövlət Neft Şirkəti, həm hasilatın pay bölgüsü üzrə sazişlərdən, biz bunların təsirini təxminən 270-340 milyon manat görürük. Bu çoxdurmu, ya yox? Dövlət büdcəsinin proqnozlaşdırılan gəlirləri 24 mlrd. 134 mln. manat səviyyəsindədir. Yəni söhbət təxminən 1,1-1,4% büdcə gəlirlərindən gedir. Bu isə o qədər də əhəmiyyətli məbləğ deyil”.

Nazir əlavə edib ki, digər tərəfdən cari ilin ilk iki ayında bizim fiskal orqanlarımız, yəni Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən proqnozlar artıqlaması ilə icra olunub:

“Yəni Dövlət Vergi Xidməti tərəfindən 180 mln. manat, Dövlət Gömrük Komitəsi tərəfindən isə 74 mln. manat artıq vergilər təmin edilib. İkisi bir yerdə 254 mln. manat edir. Yəni burada da artıq ödənişlər hesabına bizdə müəyyən “yastıq” yaranıb. Lakin biz bu məsələləri proqnozlaşdırmışıq, baxmışıq və hesab edirik ki, buradan o qədər də böyük təsir görmürük”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı