“Neftin qiyməti bu ilin sonuna qədər 60 dollara çata bilər” - “Rosneft”in rəhbəri | Eurasia Diary - ednews.net

3 Aprel, Cümə


“Neftin qiyməti bu ilin sonuna qədər 60 dollara çata bilər” - “Rosneft”in rəhbəri

İqtisadiyyat A- A A+

“Dünya neft bazarında yaranmış vəziyyət ABŞ-ın şist neft istehsalçılarını tədricən müflis edəcək. Bunun nəticəsində bazarda yenidən tarazlıq yarana və neftin 1 barelinin qiyməti bu ilin sonuna qədər 60 ABŞ dollarına çata bilər”.

"EDNews" xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın dövlət neft şirkəti - “Rosneft”in rəhbəri İqor Seçin bildirib.

O, “qara qızıl”ın hazırki qiymətlərini “dramatik” adlandırıb və deyib: “Bu vəziyyətdə investorlar şist neft istehsalına maraq göstərərmi? Mən buna inanmıram”. 

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...