TANAP-la Azərbaycandan Türkiyəyə çatdırılan qazın həcmi açıqlandı | Eurasia Diary - ednews.net

4 Mart, Cümə axşamı


TANAP-la Azərbaycandan Türkiyəyə çatdırılan qazın həcmi açıqlandı

İqtisadiyyat A- A A+

TANAP vasitəsilə Azərbaycandan Türkiyəyə 2018-ci ilin iyun ayının 30-dan indiyədək 8,4 mlrd. kubmetr qaz çatdırılıb.

Eurasia Diary Modern.az saytına istinadən xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol azərbaycanlı jurnalistlər üçün keçirilən onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ilk ildə kəmər vasitəsilə Türkiyəyə 2 mlrd. kubmetr, ikinci ildə 4 mlrd. kubmetr qaz nəql edilib,  30 iyun 2021-ci il üçün bu göstərici 6 mlrd. kubmetr olacaq.

S.Düzyol həmçinin bildirib ki, TANAP-ın  bu günə olan ötürmə qabiliyyəti 16 mlrd. kubmetrdir, amma gələcəkdə 31 mlrd. kubmetrədək artırıla bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...