"Brent" markalı neftin bir barelinin qiyməti 67 dolları keçib.
Eurasia Diary xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,42% artaraq 1 barelə görə 67,32 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,21% artaraq 63,43 dollar təşkil edib