Azərbaycanda geniş pul kütləsinin həcmi rekorda çatıb | Eurasia Diary - ednews.net

28 İyul, Çərşənbə


Azərbaycanda geniş pul kütləsinin həcmi rekorda çatıb

İqtisadiyyat A- A A+

Bu ilin iyunun 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 30,457 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 14,4% çoxdur. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu göstərici aylıq müqayisədə 2,4% artıb. Hesabata əsasən, banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) iyunun 1-nə 10 654,9 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,9%, illik müqayisədə isə 18,3% çoxdur.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanda geniş mənada pul kütləsi (M3) 8,3% artaraq 2021-ci ilin sonuna 31,608 mlrd. manata çatacaq.

Geniş pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Mərkəzi banklar, xüsusilə də pandemiya dövründə uçot dərəcələrini azaldaraq kreditləşməni stimullaşdırır və bununla da iqtisadi canlanma və artıma nail olmaq məqsədini təqib edir.

İqtisadiyyatda pul kütləsi artdıqca, bizneslərin maliyyəyə çıxışı asanlaşır və iqtisadiyyatın böyüməyə meylləri çoxalır. Lakin geniş pul kütləsinin artımı real ÜDM istehsalının böyüməsini qabaqlayarsa, bu, inflyasiyaya yol aça bilər.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...