Neftin bahalaşması əhalinin sosial vəziyyətinə təsir göstərməyəcək İqtisadçı alimdən AÇIQLAMA

İqtisadiyyat 17:06 21.01.2022

Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir. Belə ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,04 ABŞ dollar, yaxud 0,43 % artaraq 92,89 ABŞ dollarına çatıb.

Neftin qiymətinin artması hazırda daxili bazarda müşahidə edilən bahalaşma faktoruna və inflyasiya ilə bağlı yaranmış vəziyyətə necə təsir edəcək?

İqtisadçı alim Nazim Baydəmirli bu barədə Ednews-a danışıb. Onun sözlərinə görə, dünya bazarında Azərbaycan neftinin qiymətinin artması ilə hökumətin, Dövlət Neft Fondunun (SOCAR) gəlirləri artır.

Amma...

"Bilirsiniz ki, Azərbaycan neft istehsalında istifadə olunan məhsulları da xaricdən idxal edir. Neftin çıxarılmasında o zaman maya dəyəri şişir. Neftin dünya bazarında qiymətinin çox olması Azərbaycan neft sektorunun gəlirlərini artırmır, əksinə maya dəyəri bəzən şişir. SOCAR nefti quru sahələrdən çıxarır və bu zaman maya dəyəri yüksəlir”.

Nazim Bəydəmirli: “Deputatlar problemin nəticəsindən yox, səbəblərindən  danışsınlar”

O, həmçinin bildirib ki, neftdən qəbul edilən vergilərin həcmi çoxaldıqca dövlət büdcəsi də artır.

“Ancaq biz bunun bəhrəsini görmürük. Çünki sənayedə istifadə olunan gündəlik tələbat mallarınının əksəriyyəti xarici ölkələrdən ixrac olunur. Bu ölkələr nefti baha qiymətə alır və bizə satdığı məhsulların da qiyməti bahalaşır. Beləliklə,  qiymətin optimal olması hər iki tərəfə həm istehsalçıya, həm də idxalçıya xeyirlidir”.

“On illərdir neftin qiymətinin artmasının vətəndaşın vəziyyətinə müsbət təsir etmədiyi qənaətinə gəlinir”.

Nazim Baydəmirli qeyd edib ki, neftin qiymətinin yüksək olması zamanı Azərbaycanda qiymət artımının daha yüksək olduğu müşahidə edilir.

“Azərbaycanda vətəndaşların vəziyyətinin yaxşı olmasının yeganə yolu iqtisadi fəaliyyəti, ölkə daxilində məhsulların bolluğunu artırmaq, inhisarçılığı aradan qaldırmaq olardı ki, bu zaman insanlar daha çox qazansınlar və neftə ümid etməsinlər. Bu baxımdan neftin qiymətinin çox olması əksinə, bizim sosial vəziyyətimizin daha da gərginləşməsinə gətirib çıxarır. Ona görə mən neftin qiymətinin artmasına çox da sevinməyin tərəfdarı deyiləm. Bu Azərbaycanda sosial vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq deyə bir fikri bölüşmürəm”.

İqtisadçı ekspert Natiq Cəfərli EDNews-ə açıqlaması zamanı bildirdi ki, dünyada neft qiymətlərinin bahalaşması və “Azərlight” neftinin də qiymətinin 92,89 dolları keçməsi ümumilikdə götürəndə ölkə üçün müsbət bir tendensiyadır. Çünki dünyada neft nə qədər bahalaşırsa Azərbaycanın valyuta ehtiyatları bir o qədər artır.

İqtisadçı Natiq Cəfərli: “Mart ayı manat üçün çox ağır ay olacaq”

N. Cəfərli qeyd edib ki, Azərbaycan neftinin qiymətinin artmasının ölkə iqtisadiyyatına müsbət təsiri olmalıdır.

“Ölkənin gəlirləri artırsa, neftin qiymətininin yüksəlməsi ölkəyə əlavə gəlirlər gətirir. Valyuta ehtiyatlarının çox olması hökumətin sosial layihələrə daha çox pul ayıra bilməsinə şərait yaradır. Maaşlarda, təqaüdlərdə də artım olur”.

Qeyd edək ki, dünyada neftin qiyməti artmaqdadır. Neftə olan tələbat pandemiyadan əvvəlki səviyyəyə çatıb. Ötən gün “Brent” markalı neftin bir bareli 86,65 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı