Birjalarda qızılın qiyməti cüzi artıb - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Birjalarda qızılın qiyməti cüzi artıb

İqtisadiyyat A- A A+

İnvestorlar Federal Ehtiyatlar Sisteminin (FES) ABŞ-ın gələcək monetar siyasəti ilə bağlı qərarını gözlədikləri bir zamanda qızıl cüzi bahalaşıb.

Ednews birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,29%, yaxud 5,35 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 787,55 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti 0,35% artaraq, 1 unsiyası 24,235 ABŞ dolları təşkil edib.

Qiymətli metal bazarında müşahidə olunan müsbət dinamikanı investorların ABŞ FES-in iclası öncəsi sığınacaq aktivlərə üstünlük verməsi şərtləndirir. Bu iclasdan sonra monetar siyasətin uçot dərəcəsinin artırılması ilə necə sərtləşdiriləcəyi məlum olmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...