“Azərbaycan Avropaya qaz tədarükünün şaxələndirilməsinə töhfə verməyə hazırdır” - Azərbaycanın Yunanıstandakı səfiri - ednews.net

15 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

“Azərbaycan Avropaya qaz tədarükünün şaxələndirilməsinə töhfə verməyə hazırdır” - Azərbaycanın Yunanıstandakı səfiri

İqtisadiyyat A- A A+
“Azərbaycan Avropaya qaz tədarükünün şaxələndirilməsinə töhfə verməyə və tədarük həcmlərini artırmağa hazırdır”. 
 
Ednews xəbər verir ki, bu barədə Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov Beynəlxalq Qara dəniz Araşdırmaları Mərkəzi və Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin "Avropada enerji təhlükəsizliyi: cari vəziyyət, çağırışlar və gələcək imkanlar" adlı konfrans zamanı deyib. 
 
"2021-ci ilin yanvarında Azərbaycan beynəlxalq tərəfdaşları ilə birgə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasını başa çatdırdı. Bu layihə Avropa bazarlarına enerji ehtiyatlarının tədarükünün şaxələndirilməsinə xidmət edəcək", - deyə səfir bildirib. 
 
Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycanın qaz ixracı 22 milyard kubmetrə çatıb. Bu il həmin göstəricini 24 milyard kubmetrə çatdırmaq nəzərdə tutulur. 
 
Səfir əlavə edib ki, 1994-cü ildən bəri Azərbaycan təkcə öz iqtisadiyyatının sabitləşməsində uğur qazanmayıb, həm də etibarlı enerji tərəfdaşına çevrilib. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...