Bu gün dünyada buğdanın qiyməti 8% ucuzlaşıb.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.
Onun sözlərinə görə, qlobal ərzaq bazarlarının stabilləşməyə başladığının əlamətləri görünür.
O, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksinin iyul ayında 9% azaldığını və bunun 2008-ci ildən bəri ən böyük azalma olduğunu söyləyib.