Ukrayna-Rusiya müharibəsi fonunda ərzaq və enerji qiymətlərindəki artımlar 2024-cü ilin sonuna qədər davam edə bilər.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Dünya Bankı Qrupu məlumat yayıb.
“Bu il müharibə fonunda enerji qiymətləri 50% artacaq, lakin 2023-2024-cü illərdə isə artım zəifləyəcək. Kənd təsərrüfatı və metalların qiymətlərində də 20% artım gözlənilir. Növbəti illərdə bu artım yüksələn xətt üzrə davam edəcək. Bütövlükdə bu, 1970-ci illərdən bəri yaşadığımız ən böyük əmtəə şokudur. Müharibə uzunmüddətli inflyasiyaya səbəb ola bilər. Ölkələr alternativ ticarət yolları axtararkən, malların istehsalını artırarkən təmiz enerjiyə keçid ləngiyə bilər. Enerji qiymətlərinin və nəticədə gübrələrin qiymətinin kəskin artması ərzaq qıtlığına gətirib çıxara və qlobal yoxsulluğun azaldılmasında irəliləyişi dayandıra bilər”.
Oğuz Ayvaz