Yanvar-may aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neftin həcmi azalıb.
EDnews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə magistral neft kəmərləri ilə 10 milyon 556,4 min ton neft nəql edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,6 faiz azdır.
Nəqletmənin 76,8 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərinin payına düşüb.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,4 faizini, yəni 8 milyon 700 min tonunu Azərbaycanda hasil edilən neft təşkil edib.
Qalan 17,6 faiz, yəni 1 milyon 856,4 min ton neft isə Türkmənistan və Qazaxıstandan daxil olan neft olub.



.jpeg)



