"İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantılarının Azərbaycanda keçirilməsi həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır".
Bunu EDnews-a açıqlamasında millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, İslam İnkişaf Bankı regionun ən böyük maliyyə institutlarından biridir. Bu qurum İslam ölkələrinin bir araya gəldiyi, eyni zamanda ortaq qərarların qəbul edildiyi mühüm platformalardan hesab olunur:
"İlk növbədə, bu, Azərbaycanla İslam İnkişaf Bankı arasında münasibətlərin daha da yaxınlaşdığını və dərinləşdiyini göstərir. Digər tərəfdən, İslam İnkişaf Bankının illik toplantısının Azərbaycanda təşkil olunması ölkəmizə verilən önəmin göstəricisidir. Toplantıda üç mindən artıq iştirakçının yer alması onun miqyasını və əhəmiyyətini bir daha təsdiqləyir. Bu baxımdan tədbir Azərbaycanın imkanlarının təqdim edilməsi, ölkənin iqtisadi və investisiya potensialının İslam İnkişaf Bankı və ona üzv ölkələr tərəfindən yenidən qiymətləndirilməsi baxımından vacib hadisədir".
Aytac Kərimova
.jpeg)






.jpg)