"Biz İslam dünyasının bir parçasıyıq. Lakin düşünürəm ki, qarşılıqlı bilik, tanışlıq və əməkdaşlıq baxımından daha çox əlaqələrə ehtiyacımız var. İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları həm şəbəkələşmək, biznes mühitinin inkişafı, həm də sosial məsələlər üzərində birgə çalışmağın təşviqi üçün mühüm imkan yaradır".
Bu fikirləri EDnews-a açıqlamasında COP29 Təşkilat Komitəsinin üzvü, "Gender Hub" sosial platformanın həmtəsisçisi Məryəm Məcidova qeyd edib.
O, bildirib ki, QHT səviyyəsində də məsələn, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq imkanları yarana bilər:
"Bundan əlavə, investorlarla əlaqələrin qurulması, bizim bizneslərin onların biznesləri ilə təcrübə mübadiləsi aparması baxımından da bu tədbir əhəmiyyətlidir".
Aytac Kərimova







.jpg)