“Azərbaycanın bitki örtüyü” kitabının təqdimatı olub

Təhsil 11:17 13.03.2025

 Bu gün AMEA-da Elm Gününə həsr olunmuş növbəti tədbir keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanovun “Azərbaycanın bitki örtüyü” adlı kitabının təqdimat mərasimi baş tutub.

“EDnews” xəbər verir ki, mərasimi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” olduğunu xatırladıb. Həmçinin ötən il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etdiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli bildirib ki, təqdimatı keçirilən kitabda Azərbaycanın bütün botaniki-coğrafi rayonları üzrə respublikamızda rast gəlinən bitki örtüyü tiplərinin taksonları, onların yayıldığı ərazilər və müasir vəziyyəti haqqında məlumatlar əks olunub. O, AMEA-nın müxbir üzvü Elşad Qurbanovun istinad etdiyi və öyrəndiyi materiallar əsasında “Azərbaycanın bitki örtüyü” xəritəsini də tərtib etdiyini söyləyib.

AMEA rəhbəri kitabı təbiət elmləri sahəsinə töhfə kimi dəyərləndirib, nəşrin gənc nəsillər üçün bələdçi rolu oynadığını vurğulayıb. O, fundamental monoqrafiyanın mövzusunun gələcəkdə tədqiqatçılar üçün əsas istiqamətverici mənbələrdən biri olacağına əminliyini bildirib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova “Azərbaycanın bitki örtüyü” kitabının aktuallığına diqqət çəkib. Bildirib ki, AMEA-nın müxbir üzvü Elşad Qurbanov tərəfindən hazırlanmış “Azərbaycanın bitki örtüyü” kitabı, “Azərbaycanın bitki örtüyü xəritəsi” və “Azərbaycanın botaniki-coğrafi rayonlarının xəritəsi” 40 ildən çox müddətdə sistemləşdirilməmiş bitkilik tiplərinin müasir vəziyyətini əks etdirən mükəmməl əsərlərdir.

Akademik İradə Hüseynova yeni nəşrdə Azərbaycan ərazisinin bitki örtüyünü əks etdirən 17 fəsilənin verildiyini söyləyib. O, kitabda bitkilik tiplərinin formasiya qruplarına və assosiasiyalara bölündüyünü qeyd edib.

“Elşad Qurbanov Azərbaycan Respublikası üçün morfoloji, ekoloji əlamətlərinə, dominant və subdominant növlərinə görə fərqlənən “səhra” və “psevdomakki” bitkilik tiplərinin ölkə ərazisində yayıldığını isbat edərək elmə yenilik gətirib və onları bitkilik xəritəsinə də əlavə edib”, - deyən vitse-prezident xəritələrə Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik şəhadətnaməsinin verildiyini vurğulayıb. Qeyd edib ki, bu xəritələrə yalnız botaniklər deyil, təbiət elmləri sahəsində elmi-tədqiqat işləri yerinə yetirən mütəxəssislər, müəllimlər, magistrantlar istinad edə bilərlər.

Akademik İradə Hüseynova monoqrafiyanı ölkənin zəngin və müxtəlif ekosistemlərini ətraflı şəkildə təsvir edən əhəmiyyətli elmi əsər kimi qiymətləndirib. O, kitabın Azərbaycanın təbii sərvətlərinin qorunması və davamlı istifadəsi ilə bağlı maarifləndirmə işlərinə, eləcə də elmi tədqiqatların inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Mahirə Hüseynova, Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü Vaqif Novruzov, Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva çıxış edərək kitab haqqında fikirlərini bölüşüb, nəşrin müasir dövrdə Azərbaycan elmi üçün mühüm məlumatların toplandığı dəyərli vəsait olduğunu bildiriblər.

Sonda kitabın müəllifi AMEA-nın müxbir üzvü Elşad Qurbanov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Fatimə Mərdanlı//EDnews

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
"Azərbaycan və Ermənistan liderlərinin görüşü regionda davamlı sülh üçün ümid verir"
12:20 10.07.2025
Yekaterinburqda həbs olunan Ayaz və Akif Səfərovların apellyasiya şikayətinə baxılıb
12:05 10.07.2025
Azərbaycan neftinin qiyməti 76 dolları keçdi
11:50 10.07.2025
Hamısı