İmişli şəhəri Nəriman Nərimanov adına 1 nömrəli məktəb-liseyin şagirdləri buraxılış imtahanında yüksək nəticələrə nail olublar.
“EDnews” xəbər verir ki , Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında bu məktəbin şagirdlərindən 23 nəfəri 200-dən çox bal toplayıb. Şagirdlərdən 15 nəfəri isə məktəbin 11t sinifinin şagirdləridir.
Şagirdlər arasında ən yüksək nəticəni İsmayılov Fərid Zaur oğlu əldə edib və buraxılış imtahanında 295.8 bal toplayıb.
Fatimə Mərdanlı // EDnews