Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriyada təsdiqlənmiş ölüm hallarının sayı 492-yə çatıb.
EDnews xəbər verir ki, bu barədə Rabitə və Media Nazirliyinin gündəlik bülletenində bildirilir.
Son 24 saat ərzində on doqquz nəfər ölüb. Yoluxanların sayı 1528 nəfərdir ki, bu da 4 iyulla müqayisədə 26 nəfər çoxdur. Ölüm nisbəti 32,2%-dir.
Təmasların izlənməsi nisbəti 81,5%-ə çatıb.
Xatırladaq ki,hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb.







