Venesuelada baş verən güclü zəlzələdən sonra dağıntılar altında qalan "Buddy" adlı it 8 gün davam edən axtarış-xilasetmə əməliyyatı nəticəsində xilas edilib.
EDnews xəbər verir ki, xilasedicilər uzun müddət davam edən axtarışlardan sonra dağıntılar altından itin səsini eşidərək onun yerini müəyyənləşdiriblər.
Gərgin əməliyyatdan sonra "Buddy" sağ-salamat dağıntılar altından çıxarılıb.
Xilas anı hadisə yerində olanlar tərəfindən alqışlarla qarşılanıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə xilasedicilərin iti qucaqlarında dağıntılar altından çıxarılması və baytarlara təhvil verildiyi anlar əks olunub.
Aytac Kərimova | EDnews







