Zaqatala Rayon Mərkəzi Xəstəxanasının həkim-mama-ginekoloqu Elmira Duxiyeva vəfat edib.
EDnews xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumata görə, o, İsmayıllı rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Qeyd edək ki, bu gün saat 16:00 radələrində İsmayıllı rayonu ərazisində "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.
Qəza nəticəsində iki nəfər həyatını itirib. Faktla bağlı araşdırma aparılır.







