ABŞ və İran arasında danışıqların növbəti raundunun iyulun 11-də Pakistanda keçirilməsi planlaşdırılır.
EDnews xəbər verir ki, bu barədə Al Arabiya telekanalı məlumat yayıb.
Məlumata görə, tərəflər nüvə proqramı və digər qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsini davam etdirmək niyyətindədir.
Hələlik ABŞ və İran rəsmiləri danışıqların tarixi və keçirilməsi ilə bağlı məlumatı rəsmi şəkildə təsdiqləməyiblər.







