Kardioloq: Sağlam həyat tərzi stenokardiyanın ən sadə və effektiv profilaktikasıdır

Ekspert rəyi 12:54 04.04.2025

Stenokardiya ürəyin işemik xəstəliyinin ən geniş yayılmış klinik formasıdır. Bu patologiyada ürək əzələsinin (miokardın) oksigenə tələbatını artırır və miokardın oksigenlə təchizatını azaldır. Nəticədə isə döş sümüyü arxasında anginoz ağrılar sindromu əmələ gəlir. Stenokardiyanın əmələgəlmə mexanizmləri müxtəlifdir. Burada koronar damarların aterosklerozu əsas rol oynayır. Aterosklerotik proses nəticəsində damar mənfəzi daralır, qanın axın sürəti azalır, damar divarında olan dəyişikliklər miokardda qan dövranının pozulmasına gətirib çıxarır. Stenokardiyada digər mexanizmlərdən damarların spazmı, iltihab, endotelial disfunksiya yəni damardaraldıcı və damargenəldici amillərin istehsalının disbalansını da göstərmək olar.

“EDnews” xəbər verir ki ,  bunu Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardioloqu Sədaqət Sultanova deyib.

O qeyd edib ki, stenokardiyanın risk amilləri iki qrupa ayrılır: “Artıq bədən çəkisi və ya piylənmə, qeyri-sağlam qidalanma, fiziki passivlik, tütünçəkmə, alkoqolun istifadəsi, arterial təzyiqin yüksək olması, şəkərli diabet, lipid mübadiləsinin pozulması və digərləri nəzarət oluna bilən amillərdir. Nəzarət oluna bilməyən risk amillərinə isə yaş, cins və genetik meyillilik aiddir.

Stenokardiyanın vacib spesifik əlamətlərindən döş sümüyü arxasında əmələ gələn sıxıcı, göynədici, yandırıcı ağrılardır. Ağrılar kürəyə, çiyinə, qola, boyuna, çənəyə, hətta qarın nahiyəsinə irradiasiya edə bilər. Ağrıların müddəti adətən 15 dəqiqəyə qədər davam edir. Ağrıların fiziki və ya emosional gərginlik nəticəsində baş verməsi stenokardiyanın xarakterik əlamətindəndir. Gərginlik artarsa, ağrılar da çoxalır və əksinə, istirahət zamanı ağrılar tam dayana bilər. Anginoz ağrılar həm də dil altına nitroqliserin həblərinin qəbulundan sonra azalır, yaxud tamamilə yox olur.

Stenokardiya tutması zamanı pasiyentdə hava çatışmazlığı yaranır, əllərini sinə nahiyəsinə sıxaraq, hərəkətsiz vəziyyət almağa çalışır. Xəstədə təzyiq artımı və nəbzi taxikardiya, aritmiya ilə müşayiət olunur. Uzun sürən stenokardiya tutması miokard infarktına keçə bilər.

Qeyd edim ki, ağrılar olmaya da bilər və ya ağrıların ekvivalenti kimi təngnəfəslik, xoşagəlməz hissiyyat, diskomfortu göstərmək olar. Sadaladığım simptomlar gərginlik stenokardiyaya xasdır.

Stenokardiyanın digər formaları da mövcuddur. Məsələn, sakitlik stenokardiyasında ağrı tutmaları fiziki gərginliklə əlaqəli deyil, əsasən sakitlikdə və çox vaxt gecələr baş verir. Vazospastik stenokardiyada ağrılar spontan olaraq damarların spazmı nəticəsində əmələ gəlir. Stenokardiya tutmaları yalnız sakitlik halında, gecə saatlarında və ya səhər tezdən inkişaf edir”.

Kardioloq stenokardiyanın müalicəsi ilə bağlı da danışıb: “Qeyd etmək istəyirəm ki, stenokardiyada erkən müdaxilənin olmaması miokard infarktına və ürək çatışmazlığına gətirib çıxara bilər. Hər bir pasiyentdə yuxarıda sadaladığım şikayətlər yaranarsa, dərhal həkimə müraciət olunmalıdır. Çünki oxşar şikayətlər miokard infarktın başlanğıcında da müşahidə oluna bilər. Burada tez bir zamanda differensiasiya aparılmalıdır və müvafiq təcili tədbirlər görülməlidir.

Sağlam həyat tərzi stenokardiyanın ən sadə və effektiv profilaktikasıdır. Stenokardiyanın müalicəsi isə hərtərəfli olmalıdır. İlk növbədə, xəstə həyat tərzini dəyişdirməli, pis vərdişlərdən çəkinməli və həkimin tövsiyələrinə riayət etməlidir. Qeyri-medikamentoz müalicə risk amillərinin korreksiyasından ibarətdir. Xəstə öz bədən çəkisini azaltmalı, fiziki daha aktiv olmalı, siqaret və alkoqoldan imtina etməli, stresdən qorunmalıdır.

Medikamentoz müalicədə son tövsiyələrə uyğun müxtəlif dərman preparatları istifadə olunur. Xəstəyə effektiv kompleks müalicəni yalnız mütəxəssis təyin edə bilər. Antiişemik terapiya miokardın oksigenə tələbatını azaldır, antitrombotik dərmanlar trombun əmələ gəlməsinin qarşısını alır, lipidendirici terapiya xolesterin, triqliseridlərin səviyyələrini azaltmağa nail olur. Bundan əlavə, arterial təzyiqin və qanda qlükoza göstəricilərin korreksiyası çox önəmlidir.

Stenokardiyanın cərrahi müalicəsi isə angioplastika və ya koronar arteriyanın daralmış hissəsinin stentlənməsi, aorto-koronar şuntlama əməliyyatı vasitəsilə aparılır”.

Fatimə Mərdanlı // EDnews         

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Pozuntular barədə məlumat verənlər üçün təhlükəsiz mexanizmlər yaradılmalıdır"
11:32 24.05.2025
Ukrayna məhkəməsi Dağıstan rəhbəri haqqında həbs qərarı verdi
10:28 24.05.2025
Qızılın qiyməti 3400 dollara yaxınlaşıb
09:22 24.05.2025
Trampın Yaxın Şərq triumfu: İnqilablarla yox, bizneslə fəth
09:19 24.05.2025
ABŞ və Aİ-də islamofobiya güclənir"
06:37 24.05.2025
ABŞ Suriyaya qarşı tətbiq etdiyi maliyyə sanksiyalarını dayandırdı
05:35 24.05.2025
Virtz "Liverpul"a keçmək istəyir
00:40 24.05.2025
"Napoli" dördüncü dəfə ölkə çempionu oldu
00:33 24.05.2025
İlon Maskla Ağ Ev arasındakı münasibətlər niyə soyuyub?
20:49 23.05.2025
Tramp ABŞ Universitetlərindən Nə İstəyir?
19:20 23.05.2025
Yunan Mifologiyası Dünya Elminə nə qatdı?
14:40 23.05.2025
Çin ABŞ-nin yerini niyə tuta bilməz?
13:29 23.05.2025
ABŞ Sudana qarşı sanksiyalar tətbiq edəcək
12:46 23.05.2025
Məleykə Abbasova buraxılış imtahanın nəticələrindən danışdı
11:31 23.05.2025
Universitetlərə builki tələbə qəbulu üçün plan yerlərinin sayı açıqlandı
11:05 23.05.2025
Hojlund "Fənərbaxça"ya gəlir?
11:01 23.05.2025
Prezident İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edib
11:01 23.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 3 min manata yaxın pul oğurlanıb
10:03 23.05.2025
Fransanın müstəmləkəçilik cinayətləri: Diri-diri yandırılan insanların qanı qumda batırılıb -FAKTLAR
10:00 23.05.2025
Muslera "Qalatasaray"-dan gedir
09:35 23.05.2025
Azərbaycan Mərkəzi Bankının mənfəəti 2 dəfədən çox artıb
09:16 23.05.2025
ABŞ Aİ-ni ölkə mallarına birtərəfli rüsumları azaltmağa məcbur edir
08:36 23.05.2025
Bakı Qlobal Şəhərlər indeksində 58 pillə irəlilədi
07:51 23.05.2025
Rusiyada 11 il axtarışda olan narkotacir Azərbaycanda saxlanılıb
07:09 23.05.2025
“Forbes” Rusiyanın ən zəngin varislərinin adlarını açıqlayıb
05:43 23.05.2025
Avropa Liqasının "ən yaxşı"-sı müəyyənləşdi
01:54 23.05.2025
Böyrək xərçənginin yeni simptomları açıqlanıb
01:04 23.05.2025
ABŞ Cənubi Koreyadan minlərlə hərbçisini çıxara bilər
00:29 23.05.2025
Serbiya Vahid Avro Ödəniş Sahəsinə (SEPA) üzv olub
00:02 23.05.2025
Xoşbəxtlikdən Qorxmaq – İnsan Ruhunun Parodoksu
11:55 22.05.2025
QMİ Qurban bayramı ilə bağlı Fətva verdi
11:25 22.05.2025
Netanyahu: İsrail diplomatik missiyalarının təhlükəsizliyini gücləndirəcək
11:03 22.05.2025
Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
10:21 22.05.2025
Yaponiya silah sərgisində müdafiə ambisiyalarını nümayiş etdirir
08:44 22.05.2025
Çində 650 illik qüllə uçub
08:19 22.05.2025
Çində torpaq sürüşmələri baş verib
07:32 22.05.2025
Britaniya Çaqos arxipelaqını Mavrikiyə təhvil verəcək
05:28 22.05.2025
Ramaposa Trampla görüşünün çox yaxşı keçdiyini bildirib
03:26 22.05.2025
Beynəlxalq Biomüxtəliflik Günü: “Təbiətlə harmoniya və davamlı inkişaf”
00:00 22.05.2025
Prezident: Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur
12:52 21.05.2025
Hamısı