"Sülh sazişi üçün Ermənistanın Qarabağa iddialarından imtina etməsi təkcə hökumət deyil, bütün xalq tərəfindən qəbul edilməlidir"

Xarici siyasət 11:08 12.04.2025

 Azərbaycan sülh sazişinin imzalanması üçün əmin olmalıdır ki, Qarabağa iddialardan imtina təkcə Ermənistan hakimiyyətinin yanaşması deyil, həm də bütövlükdə Ermənistan cəmiyyətinin mövqeyini əks etdirir.

“EDnews” xəbər verir ki, bunu Braziliyanın “Folha de S.Paulo” nəşrinə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

Onun sözlərinə görə, sülh sazişinin mətni üzrə razılaşma mühüm mərhələni əhatə edir, lakin bu, hərtərəfli nizamlanma yolunda yalnız ilkin addımdır.

“Razıyam ki, sülh sazişinin mətni üzrə danışıqların başa çatması çox mühüm mərhələdir. Amma mahiyyət etibarı ilə o, daha geniş məfhumdur. Deyərdim ki, bu, iki fəsildən ibarət kitab kimidir və bütün kitabı oxuduğunuzu demək üçün hər iki fəsli oxumaq lazımdır. Birinci fəsil başa çatıb, çünki Azərbaycanın hazırladığı və Ermənistana təklif etdiyi sülh sazişinin mətninin razılaşdırılmasına iki ildən çox vaxt sərf etdik. Bu nəticəyə nail olmaq üçün kifayət qədər siyasi iradə və çeviklik nümayiş etdirdik. Lakin hər şeyin artıq edildiyini və sadəcə imza qaldığını düşünmək düzgün olmazdı. Kitabın ikinci fəsli qalmaqda olan iki əsas maneəyə həsr olunub”, - Prezidentin nümayəndəsi vurğulayıb.

Sülh sazişinin imzalanmasına əsas maneələrdən danışan Əmirbəyov Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunu, o cümlədən ATƏT-in bir sıra lazımsız institutlarının hələ də varlığını qorumasını bu baxımdan xüsusi vurğulayıb.

“Deyərdim ki, bu şərtləri yeni və ya süni adlandırmaq ədalətsizlik və qeyri-dürüstlük olardı. Çünki biz iki ildən artıqdır ki, buna nail olmağa çalışırıq. Hesab edirik ki, Ermənistan Konstitusiyasından sülh sazişinin mətninə və ruhuna zidd olan məqamları çıxarmaq lazımdır. Biz gələcəkdə kiməsə bu münaqişəyə qayıtmaq üçün nəzəri şans belə vermək istəmirik. Ermənistan səmimiyyətlə sülh sazişi bağlamaq istəyirsə, Konstitusiyasının bu hissəsini dəyişdirmək üçün lazım olan hər şeyi etməlidir”, - o söyləyib.

Azərbaycan Prezidentinin nümayəndəsi xatırladıb ki, sülh sazişinin mətninin razılaşdırılmasına iki ildən artıq vaxt lazım olub.

“İndi o, bir kənarda qalır və biz gözləyirik.Top Ermənistandadır. Onlar bizi əmin etməlidirlər ki, Qarabağa olan iddialarından birdəfəlik imtina ediblər. Özü də təkcə hökumət deyil, bütünlükdə Ermənistan xalqı. Çünki bizim üçün bu sazişi təkcə baş nazir Nikol Paşinyan hökuməti ilə imzalamamaq vacibdir. Erməni xalqı Qarabağa iddialarından imtina etməyə hazır deyilsə, hansı sülhdən danışmaq olar?!”, - Əmirbəyov sözlərinə əlavə edib.

Mədinə Məmmədova//EDnews

 
 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı