İran koronavirusa görə səfərbər oldu - Silahlı Qüvvələr də hərəkətə keçdi | Eurasia Diary - ednews.net

5 İyun, Cümə


İran koronavirusa görə səfərbər oldu - Silahlı Qüvvələr də hərəkətə keçdi

Səhiyyə A- A A+

İranın Silahlı Qüvvələri yeni növ koronavirusla mübarizəyə qoşulacaq.

Eurasia Diary Trend-ə istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani deyib.

H.Ruhani bildirib: "Bütün dövlət orqanları, Silahlı Qüvvələr, ictimai təşkilatlar insanların sağlamlığı üçün lazımi tədbirləri görəcəklər. Biz minimal itki ilə və ən qısa müddətdə xəstəliyi nəzarət altına almaq istəyirik".

Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 43 nəfərə çatıb. Virus nəticəsində 8 nəfər dünyasını dəyişib. İslam Respublikasında yeni növ koronavirusun yayılması səbəbi ilə Türkiyə, Əfqanıstan, Pakistan və Gürcüstan da daxil olmaqla bir sıra ölkələr İranla sərhədini bağlayıb, uçuşları dayandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...