Türkiyədə İzmir İqtisad Universitetinin elm adamları koronavirusdan qorunmaq üçün yeni bir maska hazırlayıb. Elm adamları sözügedən maskanı koronavirusla burun-buruna olan səhiyyə işçilərinin qorunması üçün hazırladıqlarını söyləyib
EDNews.net xəbər verir ki, Pla filament" maddəsindən istifadə edilərək hazırlanan maska hava kanallarına yerləşdirilən ultrabənövşəyi işıq sayəsində özünü təmizləyə bilir.
Uzun müddət çıxarılmadan istifadə edilə bilən 80 qram ağırlığındakı maskada 30 dəqiqədə bir aktiv olan ultrabənövşəyi işıqlar filtrlərdə yığılan viruslar və onlara bənzər maddələrin 99,97 faizini yox edir. (moderator.az)
