Yaşıl işıq yandı - Yaşı 18-dən yuxarı hər kəs vaksin olunmalıdır | Eurasia Diary - ednews.net

16 İyun, Çərşənbə


Yaşıl işıq yandı - Yaşı 18-dən yuxarı hər kəs vaksin olunmalıdır

Səhiyyə A- A A+

“Ölkəmizdə tətbiq olunan hər bir vaksin təhlükəsizdir”.

Eurasia Diary xəbər verir ki, bunu Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri əvəzi Teymur Musayev deyib. O bildirib ki, iki dozanı almış vətəndaşlar arasında yoluxma sayları çox aşağıdır: "Yoluxanlar da xəstəliyin ağır mərhələsini keçirmirlər. May ayının 10-dan etibarən Azərbaycanın bütün ərazisində 18 yaşına çatmış bütün vətəndaşlar vaksinasiyaya qatıla bilər.18 yaşdan yuxarı olan hər bir Azərbaycan vətəndaşlarını vaksinasiyaya qoşulmağa çağırıram”.

Teymur Musayev bildirib ki, bu kampaniyaya qoşularaq qısa müddətdə normal həyata qayıdışı təmin etmək olar: “Vaksinasiya olunmaq heç də həmin infeksiyadan digər qorunma vasitələrindən imtina etmək mənasını daşımır. Hazırda maska, gigiyena, sosial məsafə qaydalarına əməl etmək məcburidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...