Çində ardıcıl 4 gündür COVID-19-a rekord sayda yoluxma qeydə alınır - ednews.net

28 Yanvar, Şənbə

(+994 50) 229-39-11

Çində ardıcıl 4 gündür COVID-19-a rekord sayda yoluxma qeydə alınır

Səhiyyə A- A A+
Çində noyabrın 26-da COVID-19-a rekord - 39 791 yeni yoluxma qeydə alınıb. Yoluxanların maksimum sayı ardıcıl dördüncü gün qeydə alınır.
 
Ednews xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Milli Səhiyyə Komitəsinin saytında məlumat verilib.
 
Koronavirus əlamətlərinin müşahidə edilənlərin sayı 3 709 nəfər, 36 082 nəfərdə isə COVID-19 əlamətləri özünü büruzə verməyib.
 
Bir gün əvvəl Çində yoluxma hallarının sayı 39 506 təşkil edib. Eyni zamanda virusdan bir ölüm qeydə alınıb. Bununla da Çində koronavirusdan ölənlərin ümumi sayı 5 233 nəfərə çatıb.
 
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...