Azərbaycanda siqaret BƏLASI VƏRDİŞDƏN NECƏ XİLAS OLAQ?

Sağlamlıq 12:34 15.12.2022

Bu yaxınlarda Yeni Zelandiyada siqaretlə bağlı maraqlı qərar qəbul edilib. Belə ki, gələcək nəsillərə siqaret çəkmək qadağan edilib. Hökumətin qəbul etdiyi qərara əsasən, 2008-ci ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan olunub.

Azərbaycanda kişilərin 32%-i siqaret çəkir. Böyüklər arasında passiv tütünçəkmə göstəriciləri, son illər azaldığına baxmayaraq, hələ də yüksək olaraq qalır. Araşdırmalara görə, kişilərin 28%-i iş yerlərində, qadınların 23%-i evdə tütün tüstüsünün təsirinə məruz qalır.

Tütündən imtina etmək istəyənlərə dəstək olmaq və onlara yardım etmək məqsədilə 01 fevral 2021-ci il tarixdən etibarən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhali üçün tütündən imtina üzrə “Qaynar xətt” təşkil edilib.

Tütündən imtina üzrə “Qaynar xətt”ə 2021-ci ilin sonunadək 800-dən çox müraciət olunub. Müraciət edənlərin təxminən yarısı Bakı şəhərindən, digərləri ölkənin müxtəlif regionlarından olub.

Müraciət edən kişilər qadınlardan 2 dəfə çox olub. Yaxınlarının tütündən imtina etməsini arzulayaraq zəng edən şəxslər 5% təşkil edib. Tütündən tam imtina edən və ya gün ərzində çəkilən siqaretlərin sayını xeyli azaldan şəxslər 5%-dən çox olub. Zəng edənlərin 15%-i özləri tütün istifadəçisi olmasa da, yaxınları üçün məlumatlandırıcı informasiya almaq istədiklərini bildirib. Onlara müvafiq məlumat və maarifləndirici informasiya verilib.

Ednews bu barədə mütəxəssilərin münasibətini öyrənib.

Həkim Nicat Əsgərli qeyd edib ki, siqaretin son vaxtlar istifadəsi daha da artıb.

“Siqaret çəkənlərin hər nəfəsdə 60 min hüceyrəsi məhv olur. Gözlərdə katarakt yaranır, burunda qoxu almaq duyğusu azalır. Ağciyərlərdə xərçəng, bronxit və amfizem kimi problemlər ortaya çıxır. Minlərlə səbəb saya bilərəm. Siqaret yavav-yavaş və qəfil öldürür. Yeni Zenlandiyada alınan bu qanun təqdirəlayiqdir. Azərbaycana da qismət olsun. Siqaretin qiymətlərinin çox bahalaşmasını istəyirəm. Belə olan halda alıcılar siqaretdən uzaqlaşar. Yeniyemətlər üçün isə bu istiqamətdə ciddi tədbirlər görülməlidir.

Həkimin sözlərinə görə, siqaret güclü asılılıq yaradır.

“Belə ki, nikotinin yaratdığı asılılıq eronin asılılığına bənzəyir. Ümumiyyətlə, siqaret çəkən şəxslərdə dərmanlara qarşı da müqavimət yaranır. Hər hansı xəstəlik zamanı dərmanlar daha az təsir edir. Ona görə də gənclər bu zərərli vərdişdən imtina etsinlər. Həyatın gözəlliklərindən zövq alsınlar”.

İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib ki, Azərbaycanda tütün məhsullarının qiymətinin artırılması, satışına məhdudiyyətlərin qoyulması ilə ondan istifadənin azalması üçün yetərli deyil. Onun sözlərinə görə, bunun üçün mütləq şəkildə maarifləndirilmə aparılmalıdır.

“Bu məsələdə bizdə çatışmayan məsələ sosial çarxlar, reklamlardır. Yəni insanlar üçün maarifləndirici media kontingenti azdır, xüsusilə də televiziyalarda, radiolarda. Həmçinin məktəblərdə bununla bağlı  iş aparılmalı, 9-11-ci sinif şagirdlərinə hansısa nüfuzlu şəxslərin mühazirələrini təşkil etmək lazımdır. Yalnız bununla ölkəmizdə də tütün məhsullarından istifadənin azalması yönündə hansısa irəliləyişlərə nail olmaq olar”.

 Ekpertin sözlərinə görə Azərbaycan reallığını da unutmaq olmaz, ölkəmizdə 16 yaşlı şəxsin 19 yaşlı dostu, tanışı ola bilər və onun vasitəsilə siqareti ala bilər.

Ona görə də hesab edirəm ki, sırf məhdudiyyətlərlə bu problemi həll etmək mümkün deyil. Belə olsaydı, dünya çoxdan problemi həll etmişdi".

Qeyd edək ki, ölkəmizdə 18 yaşına çatmamış vətəndaşlara siqaretin satılmaması barədə qanun qəbul olunub. Belə ki, 2015-ci ilin may ayında Azərbaycanda yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatları satanlara qarşı cərimələr sərtləşdirilib. Qanuna edilən dəyişikliklərə əsasən, yetkinlik yaşına çatmayan uşaqlara etil (yeyinti) spirti, alkoqollu içki və tütün məmulatlarının satılmasına görə, tətbiq edilən cərimənin məbləği artırılıb. Belə hallara görə tətbiq edilən cərimənin məbləği 40 manatdan 100 manata qədər artırılıb. Lakin reallıqda bu qanunun tələblərinə nə qədər riayət olunur? Məlum olduğu kimi ölkədə 18 yaşından kiçik yeniyetmələr belə rahatlıqla siqaret ala və istifadə edə bilirlər.

Oğuz Ayvaz 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Deputat: Azərbaycan güclü dövlət kimi önəmli beynəlxalq platformalara dəvət alır
13:19 17.05.2025
İlham Əliyev: Səhiyyədə əldə edilən uğurlar həyata keçirdiyimiz islahatların bəhrəsidir
13:12 17.05.2025
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Luiz de Souzanın sərgisi açılıb
13:08 17.05.2025
İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə açılışında iştirak edib
13:03 17.05.2025
İlham Əliyev: Tokayev Qazaxıstanın beynəlxalq arenadakı yerini möhkəmləndirib
12:59 17.05.2025
Kreml Putinlə Zelenski arasında görüşün mümkünlüyünə aydınlıq gətirib
12:19 17.05.2025
İlham Əliyev “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
12:16 17.05.2025
Bakıda klassik avtomobillərin sərgisi keçirilir
12:14 17.05.2025
Özbəkistan Prezidenti Macarıstan və Sloveniyaya səfərlər edəcək
11:25 17.05.2025
Cənubi Koreyanın sabiq prezidenti seçkilər ərəfəsində partiyadan çıxıb
10:12 17.05.2025
Avropa Şurasının baş katibi Bakı və İrəvanla sülh sazişinin imzalanması məsələsini müzakirə etməyi planlaşdırır
13:30 16.05.2025
Ukrayna etibarsız silah təchizatçılarına görə yüzmilyonlarla dollar itirib
13:25 16.05.2025
Pentaqon "Qızıl qübbə" müdafiə sistemi planını tamamladı
13:09 16.05.2025
Türkiyə Prezidenti Albaniyaya yola düşüb
12:48 16.05.2025
Sabah 27 dərəcə isti olacaq
12:27 16.05.2025
ABŞ Dövlət katibi İstanbula gedib
12:20 16.05.2025
Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
12:13 16.05.2025
Postmodernizm Ədəbiyyatı Necə Dəyişdi?
11:57 16.05.2025
İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub
11:54 16.05.2025
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib
11:54 16.05.2025
İspaniya Türkiyənin “Hürjet” təlim-məşq təyyarəsini satın alır
11:45 16.05.2025
“Xəzər” jurnalının yeni nömrəsi çap olunub
11:45 16.05.2025
Milli Qəhrəman İqor Kşnyakinin qızlarının oxuduğu “Səma qəhrəmanları” mahnısına klip çəkilib
11:39 16.05.2025
Rusiyada şam zavodunda partlayış baş verib, dağıntılar altında qalanlar var
11:32 16.05.2025
Bakıda yeni ticarət mərkəzinin tikintisinə icazə verilib
11:30 16.05.2025
ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib
11:25 16.05.2025
Fransa İranı məhkəməyə verəcək
10:39 16.05.2025
Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
10:39 16.05.2025
Bəzi dağ çaylarından sel keçəcək
10:37 16.05.2025
Azərbaycan gəncləri Türkiyədə bayram tədbirlərində iştirak edəcəklər
10:33 16.05.2025
Tuğra xanımın şərəfinə inşa olunan Xan sarayı
10:26 16.05.2025
Gənclər Kitabxanasında Əbdülrrəhim bəy Haqverdiyevin xatirəsi anılıb
10:26 16.05.2025
Azərbaycan və Belarus Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib
10:21 16.05.2025
Lamiyə Vəliyeva beynəlxalq turnirdə bürünc medal qazanıb
10:19 16.05.2025
Ukrayna ordusuna məxsus F-16 qırıcısı ilə əlaqə kəsilib
10:11 16.05.2025
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib
10:02 16.05.2025
Qarabağ və Şərqi Zəngəzurda yaşıl və səmərəli texnologiyaların tətbiqi müzakirə olunub
09:32 16.05.2025
Bu gün Əfv Komissiyasının 2025-ci il üçün sonuncu iclası keçiriləcək
09:21 16.05.2025
Bu gün hava küləkli olacaq
09:12 16.05.2025
Azərbaycanda ilk dəfə fortepiano ixtisası üzrə milli dərslik hazırlanır
09:12 16.05.2025
Hamısı