Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adanom Qebreisus Çində koronavirus infeksiyasının artması ilə bağlı narahatlığını bildirib.
Ednews xarici mediaya istinadən bildirir ki, artıq ÜST virusun sürətlə artmasına görə həyacan siqnalı verib.
“Vəziyyətlə bağlı riskləri tam qiymətləndirmək üçün Ümumdünya Səhiyyə Təşkilatına xəstəliyin ciddiliyi, xəstələr və reanimasiya şöbəsində olan imkanlar ilə bağlı daha ətraflı məlumat lazımdır. "
Qeyd edək ki, vəziyyət Çində keçən həftə COVİD-19 ilə bağlı tətbiq edilən qadağaların yumşaldılmasından sonra pisləşib.
Loğman Yunis