Almaniya COVID-19 pandemiyasının rəsmən bitdiyini elan edilib. Bu barədə Berlində fəaliyyət göstərən “Şarite” klinikasının virusologiya şöbəsinin müdiri, Almaniya Federal Hökumətinin Koronavirus Şurasının üzvü Kristian Drossen bildirib.
“Fikrimcə, bu qış koronavirusun ilk endemik dalğasını yaşayırıq. Bu, pandemiyanın sona çatdığını göstərir”.
Dünyada koronovirusun, pandemiyanın qurma olduğunu deyənlər də az deyildi. Ednews bu barədə tanınmış androloq-uroloq Vasif İsmayılın fikirlərini öyrənib.
O, qeyd edib ki, koronavirus pandemiyası oyun deyildi, tarixdə belə epidemiyalar həmişə olub və gələcəkdə də olacaq.
“Dünyada yeni yoluxucu xəstəlik riski həmişə var. İnsanlar şayiələrə inanmağı sevir. Hətta mən həkimlər arasında virusa inanmayanları görmüşəm. Ancaq Azərbaycanda həkimlər arasında o qədər yoluxma, ölüm halı oldu ki, artıq inanmayanlar əvvəlki kimi cəsarətlə bu sözü deyə bilmir. Mənim öz evimdə xəstəliyə nə qədər yoluxan oldu. Ölümdən dönənlər oldu. Gələcəkdə necə olacaq bilmirik”.
Oğuz Ayvaz