Azərbaycanda koronavirusa 75 yeni yoluxma qeydə alınıb, 6 nəfər vəfat edib - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycanda koronavirusa 75 yeni yoluxma qeydə alınıb, 6 nəfər vəfat edib

Səhiyyə A- A A+
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ednews-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 827 525 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 001 nəfər müalicə olunaraq sağalıb, hazırda 464 aktiv xəstə var. Bu günə qədər 10 060 nəfər vəfat edib.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 851, bu günə qədər isə ümumilikdə 7 464 270 test icra olunub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...