Koronavirusun “omikron” ştamının müasir variantları yuxarı tənəffüs yollarında təkrarlanma və immunitetə qarşı davamlı olmaq qabiliyyəti kimi ümumi xüsusiyyətlərə malikdir.
Ednews Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbər verir ki, ölkələrin bununla əlaqədar hələlik ictimai səhiyyə tədbirlərində dəyişiklik etməsinə ehtiyac yoxdur.
"Virusoloqlar və digər elm adamları “omikron”un yeni variantlarını izləyirlər. Narahatlıq doğuran variant yalnız ictimai səhiyyə tədbirlərində dəyişiklik tələb edəcək dərəcədə ciddi olarsa, ona yeni ad veriləcək" - deyə məlumatda qeyd olunub.