"Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”.
Ednews xəbər verir ki, bu sözləri Ombudsman Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin illik məruzəsini təqdim edərkən deyib.
“Dərman vasitələrinin keyfiyyəti narahatlıq yaradan problemlərdən biridir. Eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə ciddi yanaşma tələb edir. Bu baxımdan, dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”, - deyə S.Əliyeva əlavə edib.