Diş və diş əti problemləri; Alzheimer, diabet, ürək-damar xəstəlikləri də daxil olmaqla bir çox sağlamlıq problemlərinə səbəb ola bilər.
Ednews BBC-yə istinadən xəbər verir ki Ağız sağlamlığının təsiri yalnız diş ağrısı və diş əti problemləri ilə məhdudlaşmır. Ağız sağlamlığı pəhrizimizdən tutmuş ümumi sağlamlığımıza qədər hər şeyə təsir edir və ölüm riski də yarada bilər.
Bu səbəbdən alimlər diş ətini sağlamlıq və xəstəliyin güzgüsü kimi qələmə verirlər.
Periodontit və ya dərin diş əti xəstəliyi boşluqlardan sonra ən çox rast gəlinən ağız xəstəliyidir.
Bu xəstəlik 30 yaşdan yuxarı insanların 47 faizini əhatə edir.
Mütəxəssislərin fikrincə, ağızımızdan kənarda ümumi sağlamlığımızı formalaşdıran diş ətində və qan dövranı sistemində uzun müddət xəstəlik törədən bakteriyaların olmasıdır.
"Qan dövranını avtobus kimi düşünün. Sərnişinləri - ağızdakı bakteriya kimi - içəri aparacaq və bədəndə istədikləri yerə daxil olacaq. Bu sərnişinlərin bəziləri beynində, bəziləri isə ürək-damar sistemində enəcək. bəziləri mədəaltı vəzi və ya qaraciyərdə”, - Sinqaro deyir.
Bu orqanlarda həssaslıq olarsa və ya mikroblar effektiv şəkildə təmizlənməzsə, iltihaba səbəb olur və digər iltihabi xəstəlikləri tətikləyir və ya ağırlaşdırır.
Əslində, periodontit bir sıra ən çox yayılmış qeyri-infeksion xəstəliklərlə əlaqələndirilir. Bunlara ürək-damar xəstəlikləri, şəkərli diabet, Alzheimer, piylənmə, bəzi xərçəng növləri, iltihablı revmatizm, Parkinson, pnevmoniya və hamiləlik zamanı yarana biləcək ağırlaşmalar daxildir.
Kazımlı Rübabə