Xaricdən şəxsi istifadə üçün maneəsiz dərman GƏTİRİLƏCƏK

Sağlamlıq 13:15 14.07.2023
Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
 
Ednews  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Qüvvədə olan qanuna görə, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
 
Dəyişikliyə əsasən isə Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər həm də şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
 
Eyni zamanda təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə bilərlər.
 
Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır.
 
Layihəyə görə, klinik protokollara əsasən xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ilə dövlət qeydiyyatına alınmayan dərman vasitəsi reseptdə yazıla bilər.
 
Bu halda həmin dərman vasitəsinin tələb olunan miqdarı göstərilməklə resept sistem vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.
 
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 2 (iki) iş günü müddətində həmin reseptin klinik protokollara və xəstənin elektron sağlamlıq kartındakı məlumatlara uyğunluğunu yoxlayır və nəticəsinə uyğun olaraq resepti elektron sistemdə təsdiq edir və ya təsdiqindən imtina edir.
 
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən resept təsdiq olunduqdan sonra reseptdə göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi ölkəyə gətirilə bilər.
 
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ - VİDEO

Xəbər xətti

Ağdərə rayonunun yaradılması ilə bağlı məsələ gələn həftə MÜZAKİRƏ OLUNACAQ
Ağdərə rayonunun yaradılması ilə bağlı məsələ gələn həftə MÜZAKİRƏ OLUNACAQ
13:15 02.12.2023
Windows 12-nin təqdimat tarixi ortaya çıxıb
Windows 12-nin təqdimat tarixi ortaya çıxıb
13:00 02.12.2023
Ermənistanla sərhəddə xidmət edən hərbçilərə TAPŞIRIQLAR VERİLDİ - VİDEO
12:58 02.12.2023
Sabah Bakıda 22 dərəcə isti olacaq
Sabah Bakıda 22 dərəcə isti olacaq
12:47 02.12.2023
Qanunsuz tikililər SÖKÜLDÜ - VİDEO
12:36 02.12.2023
Elektrik dirəyi aşdı, “Azərişıq”ın işçisi yıxılıb öldü
12:24 02.12.2023
Bakıda məhkum cəzaçəkmə müəssisəsində öldü
12:15 02.12.2023
Gəncə Dövlət Filarmoniyası yeni layihəyə başlayır
Gəncə Dövlət Filarmoniyası yeni layihəyə başlayır
12:00 02.12.2023
Azərbaycan neftinin qiyməti artıb
Azərbaycan neftinin qiyməti artıb
11:47 02.12.2023
Bakının mərkəzində yanan maşın BELƏ SÖNDÜRÜLDÜ – -ANBAAN VİDEO
11:43 02.12.2023
Qərbi Azərbaycan İcması bəyanat yayıb
11:35 02.12.2023
Etna vulkanı yenidən aktivləşib
Etna vulkanı yenidən aktivləşib
11:30 02.12.2023
Qubada narkotikin təsiri altında avtomobil sürən 86 sürücü saxlanılıb
11:23 02.12.2023
Prezident İlham Əliyev Laos Prezidentini və xalqını təbrik edib
11:13 02.12.2023
Apple istehsalını ABŞ-a köçürür: Qiymətlər arta bilər!
11:00 02.12.2023
Süni intellekt sərhədləri aşır. 1 saniyədə xərçəng diaqnozu
Süni intellekt sərhədləri aşır. 1 saniyədə xərçəng diaqnozu
10:50 02.12.2023
DTX-nin Akademiyasının 25 illiyi münasibətilə tədbir təşkil edilib
10:48 02.12.2023
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib
10:43 02.12.2023
Cənubi Koreya kosmosa kəşfiyyat peykini göndərib
Cənubi Koreya kosmosa kəşfiyyat peykini göndərib
10:40 02.12.2023
Səudiyyə Ərəbistan neft qiymətləri artırır
Səudiyyə Ərəbistan neft qiymətləri artırır
10:30 02.12.2023
Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb
10:15 02.12.2023
Paşinyan partiyasına Rusiyaya qarşı mübarizəni davam etdirməyi TAPŞIRDI
09:55 02.12.2023
İsrail ordusu Qəzza zolağında dörd girovun öldüyünü təsdiqləyib
İsrail ordusu Qəzza zolağında dörd girovun öldüyünü təsdiqləyib
09:30 02.12.2023
Ceyranbatanda ətraf mühiti çirkləndirən sahibkar CƏZALANDIRILDI
09:13 02.12.2023
Sumqayıtda 72 yaşlı qadın qəzada ölüb
09:06 02.12.2023
Qəzzada ölən jurnalistlərin sayı 61-ə nəfərə ÇATDI
Qəzzada ölən jurnalistlərin sayı 61-ə nəfərə ÇATDI
09:00 02.12.2023
Avroliqada ən yaxşı seçildi
07:15 02.12.2023
Rusiyada irimiqyaslı hərbi təlimlər keçiriləcək
06:23 02.12.2023
“Qara telefon 2”nin nümayiş tarixi açıqlandı
05:22 02.12.2023
“Kurtlar vadisi”nin "Tataroğlu"su öldü
03:00 02.12.2023
"Əqrəb mövsümü"nün ikinci hissəsi çəkilir
02:12 02.12.2023
ABŞ Rusiyaya qarşı sanksiyaları ARTIRDI
ABŞ Rusiyaya qarşı sanksiyaları ARTIRDI
00:39 02.12.2023
"Bayer" 29 ildən sonra rekordunu təkrarladı
23:29 01.12.2023
İsrail ordusu 200-dən çox hədəfə zərbə endirdi
23:00 01.12.2023
Qusarda tapança satmaq istəyən şəxs saxlanılıb
22:37 01.12.2023
Tovuzda 69 yaşlı qadın dəm qazından boğularaq ölüb
22:22 01.12.2023
Ermənistanda sabiq korpus komandiri külli miqdarda korrupsiya işində ittiham olunub
22:11 01.12.2023
“Sumqayıt”ın Müşahidə Şurasında yeni sədr
21:54 01.12.2023
Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir
21:36 01.12.2023
Güləşçilərimiz 1 qızıl və gümüş medal QAZANDILAR
Güləşçilərimiz 1 qızıl və gümüş medal QAZANDILAR
21:20 01.12.2023
Hamısı