COVID-19 təhlükəsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusdan və mövsümi qripdən qorunmayan hər kəsi, xüsusilə risk qrupuna daxil olan şəxsləri təcili peyvənd almağa çağırıb.
Ednews gazeta.ru istinadən xəbər verir ki, bu barədə ÜST-nin Mətbuat Xidməti məlumat yayıb.
“Həm COVID-19, həm də mövsümi qripdən qorunmayan insanlar, xüsusən də ən həssas və risk altında olan insanlar peyvəndlə bağlı istənilən təklifi qəbul etməlidirlər”, - Mətbuat Xidməti qeyd edib.
Təşkilat əlavə edib ki, peyvənd həmişə aktual olaraq qalır və tənəffüs yolları yoluxucu infeksiyalarının qarşısını almaq və fəsadlarını azaltmaq üçün vacibdir.