Nicat Əsgərov adlı 49 yaşlı Bakı sakini qəfil vəfat edib.
"EDnyus" xəbər verir ki, onun vəfat etməsinə səbəb keçirdiyi infarkt olub.
Yaxınlarının verdiyi məlumata görə, mərhum heç vaxt sağlamlığından şikayət etməyib.
Məlum olub ki, illərdir banka xeyli borcu olan Nicat Əsgərov ölümündən bir gün qabaq kreditini tamamilə bağlayıb.
İddia edilir ki, onun infarkt keçirməsinə səbəb külli miqdardakı kredit borcunu bağlamasından dolayı keçirdiyi sevinc, həyəcan hissi olub.