İranda polislər güllələniblər. Onlar arasında ölənlər və yaralananlar var.
“EDnews” xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, hadisə İranşəhr şəhərinin Çahcəmal bölgəsində baş verib. 12-ci polis bölməsinə məxsus avtomobil naməlum silahlılar tərəfindən atəşə tutulub. Avtomobildə olan çavuş Hüseyn Teymuri ölüb, digər iki polis isə yaralanıb.
Yaralıların vəziyyəti haqqında məlumat verilməyib.
Fatimə Şükürova // EDnews