Naxçıvan Muxtar Respublikası (MR) Culfa şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı iki nəfər xəsarət alıb.
EDnews xəbər verir ki, hadisə şəhərdəki beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yanğın söndürülüb.
Yanğın nəticəsində xəsarət alan iki nəfər Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, vəziyyətləri normal qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.







