Dünya Çempionatı başlayır: Favoritlər açıqlandı

Dünya Çempionatı başlayır: <span class="text-danger">Favoritlər açıqlandı</span>

Bu gün futbol üzrə 23-cü Dünya Çempionatına start verilir. Mundial tarixində ilk dəfə olaraq turnirdə 48 komanda iştirak edəcək.

Dünya çempionatı ilə bağlı EDNews-a danışan idman eksperti Kənan Məstəliyev qarşıdakı yarışın bir sıra yeniliklərlə yadda qalacağını bildirib. 

77479150-c401-46da-9d7b-68d7e44c7d2f-(1).jpg

Ekspertin sözlərinə görə, komanda sayının artırılması azarkeşlərə yeni iştirakçıları yaxından izləmək imkanı verəcək:

"Tarixdə ilk dəfədir ki, Dünya Çempionatında 48 komanda iştirak edəcək. Bu, bizə yeni və maraqlı komandaları görmək imkanı verəcək. Məsələn, Özbəkistan kimi komandanın orada çıxış etməsi maraqlıdır. Kurasao kimi ada ölkəsinin komandasını da mundial səhnəsində görmək imkanımız olacaq. Həm yeni, həm orta güclü, həm də favorit komandaları izləyə biləcəyik."

Kənan Məstəliyev qeyd edib ki, komanda sayının çoxluğu qrup mərhələsində bəzi oyunlara marağı azalda bilər:

"Komanda sayının çox olması ilkin mərhələlərdə çempionata marağı bir qədər azalda bilər. Çünki zəif komandaların oyunlarını izləmək hər zaman maraqlı olmur. Amma bu dünya çempionatıdır və burada hər matçda sürpriz gözləmək olar. Pley-off mərhələləri yaxınlaşdıqca daha ciddi və rəqabətli qarşılaşmalar izləyəcəyik."

Ekspert bildirib ki, turnirin ABŞ, Kanada və Meksikada keçirilməsi də dünya çempionatları tarixində ilk dəfə baş verəcək:

"Bu da bir ilkdir. Turnir üç ölkədə keçiriləcək və çox böyük coğrafiyanı əhatə edəcək. Bu maraqlı olsa da, logistika baxımından müəyyən problemlər yarada bilər. Komandalar uzun məsafələr qət etməli olacaqlar. Bu səbəbdən fiziki hazırlıq və dözümlülük mühüm rol oynayacaq."

Onun fikrincə, məhz bu amillər səbəbindən mundialda fərdi ustalıqdan çox komanda oyunu ön plana çıxacaq:

"Bu turnirdə ulduz futbolçulardan çox komanda oyunu ön plana çıxacaq. Çünki komandalar meydandakı rəqiblərlə yanaşı, isti hava, yol yorğunluğu və oyunların çoxluğu kimi amillərlə də mübarizə aparmalı olacaqlar."

Kənan Məstəliyev çempionatın favoritləri sırasında Fransa, İspaniya, Braziliya, Argentina, İngiltərə, Almaniya və Portuqaliya yığmalarının yer aldığını bildirib.

"Favoritlər Fransa, İspaniya, Braziliya, Argentina, İngiltərə və Almaniyadır. Ən böyük namizədlər isə Fransa, İspaniya və İngiltərədir. Son dünya çempionu Argentina da mübarizə aparacaq. Portuqaliya da iddialıdır. Kriştiano Ronaldonun son dünya çempionatı ola bilər və bu, komanda üçün əlavə motivasiya yaradır."

Ekspert Türkiyə millisinin də diqqət çəkə biləcəyini vurğulayıb:

"Türkiyə yığmasının çox yaxşı heyəti var. Xüsusilə Hakan Çalhanoğlu, Arda Gülər və Kənan Yıldızın performansı xüsusi əhəmiyyət daşıyacaq. Onlar bu çempionatın ulduzlarına çevrilə və böyük sensasiyaya imza ata bilərlər."

Sonda Kənan Məstəliyev bildirib ki, futbolsevərləri maraqlı və uzun bir futbol marafonu gözləyir:

"Ümumilikdə çox maraqlı futbol marafonu bizi gözləyir. Mən düşünürəm ki, bu çempionatı izləməyə dəyər." 

Aysu Əsədova

Xəbər xətti

Qambiya prezidenti İlham Əliyevi təbrik etdi
21:35
ABŞ-də giriş qadağası ilə üzləşən referiyə UEFA-dan etimad
21:20
Dövlət qurumunda korrupsiya əməliyyat
21:08
Albaniya prezidenti İlham Əliyevi təbrik etdi
20:51
"Sabah" fransalı oyunçunu icarəyə götürdü
20:28
Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans keçirilib
20:05
Avropa Mərkəzi Bankı faiz dərəcəsini artırdı
19:55
Rusiyadan Ermənistana idxal məhdudiyyəti
19:42
Rusiya Almaniyaya hücum edir?
19:27
Mundial həyəcanı ilə birlikdə narazılıqlar artır: Sərt qaydalar gündəmdə
18:44
Azərbaycan yeni nəsil KAAN qırıcıları alacaq? – AÇIQLAMA
18:21
Bu məktəblərdə ilk dəfə "Son zəng" çalınacaq
17:41
Kənd və şəhər uşaqlarında fərqli psixoloji problemlər aşkarlanıb
17:31
Rəşad Məcid: Qlobal platformaların Azərbaycanda nümayəndəlik açması vacibdir
17:21
Slovakiya XİN-in dövlət katibi Azərbaycana səfər edib
17:11
Dünya Çempionatı başlayır: Favoritlər açıqlandı
17:00
Böyük Britaniyanın müdafiə naziri istefa verdi
16:49
AAYDA-ya yeni sədr müavinləri təyin olunub - FOTO
16:32
Milyardlarla dollarlıq ehtiyat: Vətəndaşlara nə vəd edir?
16:22
TƏBİB-də icraçı direktorun yeni müavini təyin edilib
16:12
DÇ-nin oyununu bu kanal yayımlayacaq
16:02
Metro yay qrafikinə keçir
15:52
Ərdoğan Paşinyanı təbrik edib
15:37
Paşinyan Putini təriflədi
15:16
Ceyhun Əşrəfovun illik həbsi tələb edildi
14:52
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
14:35
400 min dollara satılan şəhər - FOTOLAR
14:10
Birgə Komissiyanın 55-ci iclası keçirildi - Fotolar
13:38
Azərbaycanın Günəş enerjisi potensialı: Beynəlxalq investorların böyük etimadı və iqtisadi dividendlər – ARAŞDIRMA
13:25
Sabahın havası AÇIQLANIB
13:12
5 gün yağış yağacaq - Xəbərdarlıq
13:00
Azərbaycan çempionatının mükafatçılarına 2 milyondan çox pul veriləcək
12:49
Pakistan-Əfqanıstan gərginliyi YENİDƏN ALOVLANIR?
12:30
“Az bal toplayan savadsızdır” MİFİNİ NECƏ DAĞIDAQ?
12:19
Azov dənizində həlak olan gəmi kapitanı dəfn olunub
12:06
Bakıda obyektdə yanğınla bağlı YENİ MƏLUMAT
11:55
Pensiya alanlara ŞAD XƏBƏR
11:40
Paytaxtda evdən 70 min manatlıq oğurluq edilib
11:16
DÇ-2026-dan bu gün başlayacaq mundialla bağlı AÇIQLAMA
10:52
Yaşayış binasında yanğın olub - XƏSARƏT ALANLAR VAR
10:37
Ermənistanda zəlzələ olub, Naxçıvanda hiss edilib
10:27
Bəzi yerlərə dolu düşüb, yağış yağır - FAKTİKİ HAVA
10:23
Portuqaliya - Nigeriya matçından əvvəl vəfat etdi
10:13
Beren Saatla Kenan Doğulu saxlanıldı
10:00
Bakı-Qəbələ-Bakı marşrutu üzrə YENİLİK - FOTO
09:56
Zakir Həsənov Pakistana başsağlığı verdi
09:49
Ölkədə iş qrafiki ilə bağlı yenilik
09:33
Xərçəngə qarşı yeni peyvənd hazırlanıb: İLK DƏFƏ
09:28
Bu bölgələrdə işıq olmayacaq
09:20
Daşkəsəndə sel fəlakəti: 77 heyvan tələf oldu, evlərə su doldu
09:13
Dünya bazarlarında neft bahalaşır
09:03
Körfəz ölkələrindən İrana xəbərdarlıq
04:31
ABŞ-də yenə FİFA skandalı
04:03
Nazir Qarabağ ərazisinə edilən investisiyalar barədə danışdı
03:35
İran Hörmüz boğazını bağladı
02:56
ABŞ İrana zərbələr endirməyə başlayıb
02:24
ABŞ İrana hücum edəcəyini açıqladı
01:51
Zelenski PUA hümlarının nəticələrindən danışdı
01:25
Rusiya bu bölgələrdə hərbi hazırlığını artırır
01:10
Vuçiç Baş nazir olmaq istəyir
00:45
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR