Avstraliyanın ən kiçik şəhəri hesab edilən Kuladdi 400 min Avstraliya dollarına satışa çıxarılıb.
EDnews xəbər verir ki, bu barədə “The Daily Mail” nəşri məlumat yayıb.
Məlumata görə, Avstraliyanın ən kiçik şəhəri olan Kuladdidə cəmi iki nəfər yaşayır.
Şəhərdəki yeganə evdə yaşayan iki qadın daşınmaz əmlakı satışa çıxarmaq qərarına gəlib.
Əmlakı əldə edəcək şəxs yaşayış tikilisi ilə yanaşı, 4 otaqlı motel, mağaza, pab və “4 ulduzlu” restoranın da sahibi olacaq.
Satış qiyməti 400 min Avstraliya dolları təşkil edir. Bu məbləğ təxminən 476 min manata bərabərdir.
Daşınmaz əmlak üzrə mütəxəssis Bekki Ceysmanın sözlərinə görə, şəhəri alacaq şəxs həm də Kuladdinin “qeyri-rəsmi meri” sayılacaq.











