Almaniya 2029-cu ilədək və ya daha tez müddətə Rusiyanın mümkün hücumuna hazırlaşmalıdır.
EDnews xəbər verir ki, bunu Almaniya Quru Qoşunlarının komandanı general-leytenant Kristian Freydinq “Politico” nəşrinə müsahibəsində bildirib.
Freydinq deyib ki, 2029-cu il Almaniyanın proqnozları deyil, bu, NATO ilə razılaşdırılmış kəşfiyyat məlumatlarıdır.
“Bütün 32 NATO müttəfiqi razılaşır ki, Rusiya 2029-cu ildə NATO ölkələrindən birinə müdaxilə etmək qabiliyyətinə malik ola bilər”, — general qeyd edib.
Bununla yanaşı, o, Rusiyanın daha əvvəl də addım ata biləcəyi barədə xəbərdarlıq edib.
“Biz döyüşə hazır olmalıyıq”, — Freydinq əlavə edib.



.jpg)



