Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə uzunmüddətli qaz təchizatı müqavilələrinin olduğunu bildirib və Vladimir Putinlə bağlı müsbət fikirlər səsləndirib.
EDnews xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə Rusiya ilə qaz təchizatı müqavilələri və Moskva ilə münasibətlər barədə danışıb.
Paşinyan bildirib ki, Ermənistan və Rusiya arasında uzunmüddətli qaz təchizatı müqavilələri mövcuddur.
Onun sözlərinə görə, tərəflərdən hər hansı birinin birtərəfli qaydada öhdəliklərindən imtina edəcəyi vəziyyəti təsəvvür etmək çətindir.
Baş nazir eyni zamanda Ermənistan hakimiyyətinin bütün mümkün ssenariləri təhlil etdiyini qeyd edib.
Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə bağlı da fikirlərini bölüşüb.
“Mən Rusiya Prezidenti ilə səkkiz ildən çoxdur ki, işləyirəm və onu rasional, faktlara əsaslanan bir insan kimi tanıyıram. Əgər onun hər hansı narahatlığı varsa, biz onları səbirlə aradan qaldırmağa çalışacağıq”, – deyə Paşinyan bildirib.







.jpg)