Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 293 saylı internat məktəbinin ərazisində tanışını bıçaqlayan şəxsin kimliyi məlum olub.
EDnews-un əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
01:04
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı internat məktəbinin ərazisində qeydə alınıb.
2004-cü il təvəllüdlü Şamil Amil oğlu Hüseynov tanışı ilə mübahisə edərkən bıçaqlanıb. Onun qollarına 4, döş qəfəsi nahiyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hazırda hadisəni törədən şəxsin axtarışı aparılır.






