"Apple" şirkəti 'OpenAI"ni keçmiş əməkdaşları vasitəsilə məxfi məlumatları qanunsuz əldə etməkdə ittiham edərək ABŞ federal məhkəməsində iddia qaldırıb.
EDnews xəbər verir ki, "Apple" iddia edir ki, şirkətdən ayrılaraq "OpenAI"də işləməyə başlayan bəzi əməkdaşlar daxili sənədləri və digər məxfi məlumatları öz elektron poçt ünvanlarına göndəriblər.
Şirkətin fikrincə, bu məlumatlar "OpenAI"yə "Apple"ın gələcək məhsulları və texnologiyaları barədə məlumat əldə etməyə imkan verib.
İddiada həmçinin qeyd olunur ki, OpenAI işə qəbul prosesində bəzi namizədlərdən "Apple"a məxsus məhsul hissələrini müsahibəyə gətirmələrini istəyib.
"OpenAI" isə ittihamları rədd edib. Şirkətin nümayəndəsi Dryu Pusateri açıqlamasında "OpenAI"nin digər şirkətlərin kommersiya sirləri ilə maraqlanmadığını və hazırda "Apple"ın iddiasını araşdırdığını bildirib.
"Apple" məhkəmədən "OpenAI"yə iddia edilən məxfi məlumatlardan istifadənin qadağan olunmasını və şirkətə dəyən zərərin ödənilməsini tələb edib.








