"Mamelodi Sundowns" və Cənubi Afrika milli futbol komandasının yarımmüdafiəçisi Ceyden Adams 25 yaşında vəfat edib.
EDnews xəbər verir ki, bu barədə "Soccer Laduma" məlumat yayıb.
Oyunçunun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, futbolçu hazırkı Dünya Kubokunda Cənubi Afrika millisində üç oyun keçirib. Yarımmüdafiəçi qol vura bilməyib və komandası 1/8 finala vəsiqə qazanıb. Adams 2025-ci ildə Mamelodi Sandauns komandasına qoşulub. Debüt mövsümündə klubla Cənubi Afrika çempionluğunu qazanıb.







